İş barədə məlumat:
- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
- Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
- E-Qaimə fakturalarının ,gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.E-portal proqramı ilə işləmək bacarığının olması
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
- Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
- Bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
- Gömrük və ticarət əməliyyatları
- Şirkət ildə təxminən 10 dəfə idxal, 50-60 dəfə isə ixrac əməliyyatı aparır
- 140 nəfərlik kollektivin əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyələrinin hesablanması
- Nahar və telefon şirkət tərəfində təmin edilir
Namizədə tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: 5 ildən artıq
- Yaş: 30 – 50
- Cins: Qadın
- 1C 8.3 və Logics proqramlarını bilməli
- Maliyyə və mühasibat uçotu üzrə ali təhsil
- Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi,
- Balans, Mənfəət – Zərər, Pul hərəkətləri haqqında hesabatlarının təqdim olunması
- Mal – material uçotu, anbar qalığı, aylıq inventarizasiyanın aparılması
- e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
- Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
- Balansın çıxarılması üzrə biliklərə sahib olmalı.
İş qrafiki:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.
- Həftənin 6 günü, şənbə qısaldılmış iş günü
- İstirahət bazar günü.
- Ünvan: Bakı şəh. Babək pr. Süleyman Vəzirov 41
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mühasib” yazaraq Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Tələblərə cavab verməyən namizədlərin CV-nə baxılmayacaq.