Karvan L MMC Reklam və Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkətin layihələrinin yerli və xarici bazarda təqdim olunması;
- Xarici şirkətlər və dövlət qurumları ilə rəsmi yazışmaların aparılması;
- E-mail və onlayn platformalar üzərindən işgüzar əlaqələrin qurulması;
- Təqdimat və reklam strategiyalarının hazırlanması;
- Layihələrin tanıtımı və tərəfdaşlıq imkanlarının araşdırılması;
- Sosial media və rəqəmsal reklam proseslərinə dəstək göstərilməsi.
Tələblər:
- İngilis dili biliyi mütləqdir (yüksək səviyyədə);
- Xarici şirkətlərlə ünsiyyət qurmaq bacarığı;
- Rəsmi mail yazışmalarında təcrübə;
- Reklam, marketinq və ya satış sahəsində iş təcrübəsi üstünlükdür;
- Səlis danışıq və təqdimat bacarığı;
- Məsuliyyətli, aktiv və təşəbbüskar olmaq.
İş şəraiti:
- İş qrafiki: 5 günlük
- Əmək haqqı: müsahibə əsasında təyin olunacaq
- İş yeri: Bakı şəhəri 8 Noyabr 22/32
CV-lərinizi “Reklam və Satış Meneceri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.