Vakansiya: Satış təmsilçisi (Qeyri-Qida Bölməsi)
“Karvan 2002” şirkəti qeyri-qida kateqoriyası üzrə təcrübəli və nəticəyönümlü Satış təmsilçisi axtarır.
Vəzifə öhdəlikləri:
Mövcud və yeni müştərilərlə münasibətlərin qurulması və inkişaf etdirilməsi
Şəbəkə marketlər və əsas müştərilərlə danışıqların aparılması
Satış hədəflərinin yerinə yetirilməsi və bazar analizinin aparılması
Məhsulların rəf yerləşdirilməsi, satış dinamikası və kampaniyaların izlənilməsi
Tələblər:
Satış sahəsində, xüsusilə Satış təmsilçisi istiqamətində minimum 3 il təcrübə
Danışıqlar aparmaq və müştəri idarəetmə bacarığı
MS Office proqramlarında işləmə bacarığı
Məsuliyyətli, aktiv, disiplinli və nəticəyönümlü olmaq
Yaş həddi: 40 yaşa qədər
Şəxsi avtomobilin olması üstünlükdür
Təklif edirik:
Əmək haqqı: 1000 AZN + prim sistemi
Uzunmüddətli əməkdaşlıq imkanı
Maraqlanan namizədlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər.