Kaspi Təhsil Şirkəti Kaspi Təhsil Şirkəti

Kaspi Təhsil Şirkəti

Təhsil

Usta

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Usta

  • Deadline 9 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Minimum vakansiya tələbləri:

  • Orta təhsil;
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilində orta səviyyədə danışmaq və yazmaq bacarığı;
  • Sağlamlıq və əməyin mühafizəsi qaydalarını bilməsi arzuolunandır;
  • İstifadəsinə təhkim edilən alət və ləvazimatlardan istifadə qaydalarını bilməsi;
  • Fiziki güc və sağlamlıq;
  • Səbrlilik, düzgünlük və məsuliyyətlilik.

Vəzifə öhdəlikləri:

  • Liseyin əmlak və avadanlıqlarından məsuliyyətlə və düzgün şəkildə istifadə edilməsi və istənilən zədələrdən qorunması;
  • Müəyyən olunmuş iş yerinin səliqəli saxlanılması;
  • Müvafiq avadanlıq, ləvazimat və aparatların quraşdırılması və ya sökülməsi;
  • Liseyə məxsus avadanlıq, ləvazimat və aparatların təmiri;
  • Liseyə məxsus bina və ərazilərdə təmir – bərpa işlərinin aparılması;
  • Vəzifə öhdəliklərini yerinə yetirərkən sağlamlıq və əməyin təhlükəsizliyi qaydalarına riayət edilməsi;
  • İşin xüsusiyyətindən asılı olaraq müvafiq qoruyucu geyim və vasitələrdən istifadə edilməsi;
  • Müvafiq alət və ləvazimatlardan ehtiyatla, təmiz və səliqəli şəkildə istifadə edilməsi;
  • Vəzifəsini icra etdikdən sonra istifadə etdiyi material və avadanlıqların səliqəli şəkildə saxlanma yerlərinə yerləşdirilməsi;
  • Yaranmış və ya yarana biləcək çətinlikləri vaxtında və tam şəkildə aradan qaldırmaq və ehtiyac olduğu halda bu barədə birbaşa rəhbəri məlumatlandırmaq.
  • Tapşırılan digər müvafiq işləri həyata keçirmək.

Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsində göstərilən işə müraciət formasını doldurmaqla və ya cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməklə müraciət edə bilərlər. (https://www.kaspi.edu.az/career/)

Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily24
  • Weekly144
  • Monthly831