Vəzifə öhdəlikləri:
- İstehsalat bazası və sahələrdə elektrik avadanlıqlarının quraşdırılması və texniki xidməti;
- Elektrik xətlərinin, kabel və avadanlıqların montajı və təmiri;
- Avadanlıqlarda yaranan elektrik nasazlıqlarının müəyyən edilməsi və aradan qaldırılması;
- Elektrik avadanlıqlarının sazlanması və texniki vəziyyətinə nəzarət;
- Təmir və montaj işləri zamanı əməyin mühafizəsi və elektrik təhlükəsizliyi qaydalarına riayət edilməsi.
Tələblər:
- Müvafiq peşə üzrə təhsil
- Minimum 2 il müvafiq sahə üzrə iş təcrübəsi (neft sənayesi üzrə təcrübə üstünlükdür)
- Elektrik qurğularının istismarı və təhlükəsizliyi üzrə biliklər
- Elektrik təhlükəsizliyi üzrə sertifikat (üstünlükdür)
- İş təhlükəsizliyi və əməyin mühafizəsi standartları haqqında bilik
İş şəraiti
- İş yerinin ünvanı: Qaradağ rayonu, Sahil qəsəbəsi
- İş rejimi: 5 günlük iş həftəsi
- İş saatları: 09:00-18:00 (1 saat nahar fasiləsi)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.