Şöbə rəhbəri (Texnik müdir)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Şöbə rəhbəri (Texnik müdir)

  • Истекает 14 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri: Laçın rayonu (Qarabağ və Şərqi Zəngəzur region (Yaşıl Enerji Zonası))

Sahə: Alternativ və bərpa olunan enerji (Su turbinlərinin və hidroelektrik stansiyaların istismarı)

İşin təsviri:

  • Uğurlu namizəd Qarabağ bölgəsində fəaliyyət göstərən 4 kiçik su elektrik stansiyasının (Kiçik HES) istismar müdirliyini həyata keçirəcəkdir. 

Vəzifə öhdəlikləri:

  • Texniki şöbənin fəaliyyətinə ümumi rəhbərlik etmək və iş prosesini tənzimləmək;
  • Cavabdeh olduğu 4 HES üzrə istehsalatın təqibini aparmaq, su sərfi-istehsalat (debi-üretim) analizlərini həyata keçirmək; 
  • Hidroelektrik stansiyalarındakı su turbinlərinin, generatorların və bütün əlaqədar hidromexaniki/elektrik avadanlıqlarının fasiləsiz, təhlükəsiz və səmərəli istismarını təmin etmək;
  • Avadanlıqların vaxtlı-vaxtında profilaktik baxışını, diaqnostikasını, dövri texniki xidmətini və illik dayanma (duruş) planlarını hazırlamaq, icrasına nəzarət etmək; 
  • Yarana biləcək texniki nasazlıqlara və qəza hallarına operativ şəkildə müdaxilə olunmasına rəhbərlik etmək; 
  • Ehtiyat hissələrinin planlaşdırılmasını təşkil etmək, həmçinin operator və teknisyenlərdən ibarət sahə komandasının işini koordine və idarə etmək; 
  • Azərbaycandakı enerji şəbəkəsi, müvafiq dövlət/enerji qurumları və yerli icra hakimiyyəti orqanları ilə lazımi işgüzar kommunikasiyanı qurmaq; 
  • Texniki təhlükəsizlik, əməyin mühafizəsi (SƏTƏM) və yüksək gərginlikli obyektlərdə təhlükəsiz iş qaydalarına qeyd-şərtsiz əməl olunmasını təmin etmək; 
  • Görülmüş işlər, avadanlıqların texniki vəziyyəti və enerji istehsalı göstəriciləri barədə rəhbərliyə mütəmadi hesabatlar hazırlamaq və təqdim etmək.

Tələblər:

  • Təhsil: Ali mühəndislik təhsili ( Elektrik, Elektrik-Elektronika və ya Mexanika mühəndisliyi üzrə); 
  • İş təcrübəsi: Kiçik HES-lərin, enerji santrallarının istismar-baxım sahəsində və ya yüksək gərginlikli obyektlərdə ən az 5 il, tərcihən 8 ildən yuxarı peşəkar təcrübə (Rəhbər vəzifələrdə azı 3 il təcrübə); 
  • Texniki biliklər: Turbin, generator, qovernor (tənzimləyici), eksitasiya (təsir qıcıqlanma) sistemləri, transformatorlar, OG/YG (orta və yüksək gərginlik) şalt sistemləri, rele mühafizəsi, SCADA, requlyator, cebri boru (təzyiqli su borusu) və köməkçi təsisatlar barədə mükəmməl sahə/praktiki biliklər; 
  • Dil bilikləri: Aidiyyatı yerli qurumlar və komanda ilə rahat ünsiyyət saxlaya biləcək səviyyədə Azərbaycan, Türk və İngilis dillərində kommunikasiya bacarığı; 
  • Şəxsi keyfiyyətlər: Dağlıq sahə və çətin relyef şəraitində işləyə bilən, iş təhlükəsizliyi qaydalarına hakim, praktiki, məsuliyyət ala bilən və liderlik keyfiyyətlərinə sahib profil; 
  • Qarabağ və Şərqi Zəngəzur bölgəsində işləmək imkanı.

Hörmətli namizədlər, CV-lərinizi zəhmət olmazsa vəzifə adını Şöbə rəhbəri (Texniki müdir) məktubun mövzu hissəsinə qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunu

  • Daily0
  • Weekly585
  • Monthly1183