İş haqqında məlumat:
- Maliyyə uçotunun aparılması: Şirkətin maliyyə əməliyyatlarının dəqiq və vaxtında uçotunu aparmalı,bütün gəlir və xərcləri izləməlidir.
- Vergi və qanunvericiliklə uyğunluq: Mühasib vergi qanunlarına uyğun hesabatlar hazırlamalı və vergi öhdəliklərini vaxtında yerinə yetirməlidir. Tekstil sahəsinə xas olan vergi güzəştləri və qanunvericilik yeniliklərini daim izləmək vacibdir.
- İdxal-ixrac əməliyyatları: Tekstil sahəsində idxal və ixrac əməliyyatları geniş yer tutur. Mühasib xarici ticarət əməliyyatları ilə bağlı bütün maliyyə sənədlərini idarə etməli, gömrük rüsumları, nəqliyyat və digər xərcləri düzgün uçota almalıdır.
- İstehsal xərclərinin izlənməsi: İstehsal prosesi ilə əlaqəli xərclərin uçotu xüsusi diqqət tələb edir. Xammal, əmək haqqı, enerji və digər istehsal xərcləri təhlil edilməli və optimallaşdırılmalıdır.
- Büdcə və maliyyə planlaşdırılması: Şirkətin büdcəsinin hazırlanması və maliyyə planlarının yaradılması, həmçinin xərclərin və gəlirlərin monitorinqi ilə məşğul olmaq vacibdir.
- Maliyyə hesabatlarının hazırlanması: Dövri maliyyə hesabatlarının (məsələn, mənfəət və zərər hesabatı, balans, pul axını hesabatları) vaxtında hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- Maliyyə analizləri: Şirkətin maliyyə vəziyyətinin təhlili, gəlir və zərərin qiymətləndirilməsi, investisiya imkanlarının təhlili.
Pul Axını İdarəetməsi:
- Şirkətin pul axınlarının planlaşdırılması, nəzarət edilməsi və balanslaşdırılması.
- Bank əməliyyatlarının düzgün aparılması və bankla əlaqələrin idarə olunması.
- Xərclər və gəlirlər üzrə proqnozlar vermək və pul axınlarının effektiv idarə edilməsi üçün planlar hazırlamaq.
Tələblər:
- Ali təhsil
- Azərbaycan dili səlis, rus dili arzuolunadır
- Müvafiq sahədə ən az 2 il iş təcrübəsi
- Müvafiq sahədə sertifikatları üstünlükdür.
- MC OFFİCE proqramları, 1C proqramı biliyi
- Punktual, məsuliyyətli, çevik
İş şərtləri:
- 6 günlük iş qrafiki
- Əmək haqqı: 1200-1500 AZN (nett)
Uyğun olan namizədlərdən cv-ni vakansiyanın və şirkətin adı mövzu hissəsinə yazmaqla Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya +994 12 311 41 26 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.