KBT MedTech Ltd KBT MedTech Ltd
  • 144

KBT MedTech Ltd

Healthcare

Kardiyologiya Rezidenti / Kardiyoloq

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kardiyologiya Rezidenti / Kardiyoloq

  • Deadline 25 February 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

ABŞ-də ən çox yüklənən kardiologiya mobil tətbiqi üçün Kardiyologiya Rezidenti və ya Kardiyoloq Axtarılır!

KBT MedTech Ltd rəqəmsal səhiyyə və süni intellekt əsaslı tibbi texnologiyalar inkişaf etdirən beynəlxalq MedTech şirkətidir.

Hazırda ABŞ bazarında aktiv istifadə olunan kardiologiya mobil tətbiqimiz üçün tibbi kontent hazırlayacaq kardiologiya rezidenti və ya praktik kardioloq ilə əməkdaşlıq qurmaq istəyirik.

Bu əməkdaşlıq klassik maaşlı iş deyil — layihə əsaslıdır və gəlir paylaşımı modeli üzərində qurulur. Mövcud əsas işinizlə paralel əlavə fəaliyyət kimi mümkündür.

Əməkdaşlığın təxmini məzmunu

  • Mobil tətbiq üçün kardiologiya üzrə tibbi quizlərin hazırlanması
  • EKQ (ECG) və EKO (Echo) görüntülərinin layihə məqsədilə təmin edilməsi
  • Kardiologiya mövzularında tibbi kontentin yaradılması
  • Süni intellekt əsaslı məhsullara klinik töhfə verilməsi
  • Rəqəmsal səhiyyə məhsulunun inkişafında iştirak

Axtarılan profil

  • Kardiologiya rezidenti və ya aktiv kardioloq
  • EKQ və EKO oxuma bacarığı
  • Tibbi tədris materialları və quiz hazırlama marağı
  • Texnologiya və süni intellekt sahəsinə açıq yanaşma
  • Komanda ilə işləmə bacarığı

Əməkdaşlıq modeli

  • Bu pozisiya maaşlı deyil.
  • Layihədən əldə olunan gəlir tərəflər arasında töhfəyə uyğun şəkildə paylaşılır.

Təklif olunan imkanlar

  • ABŞ bazarına çıxmış real tibbi məhsulda iştirak
  • Beynəlxalq MedTech layihəsində təcrübə
  • Uzaqdan əməkdaşlıq
  • Uzunmüddətli professional tərəfdaşlıq
  • Əsas iş yerinizlə paralel əlavə qazanc imkanı

Qısa CV və özünüz haqqında məlumat Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily19
  • Weekly19
  • Monthly1961