𝐊𝐞𝐩𝐫𝐨 𝐄𝐬𝐭𝐞𝐭𝐢𝐜 𝐚𝐧𝐝 𝐀𝐧𝐭𝐢𝐚𝐠𝐞 𝐂𝐥𝐢𝐧𝐢𝐜 komandamıza Stomatologiya üzrə Tibb bacısı axtarırıq.
Vəzifələr:
- Həkim-stomatoloqa müayinə və prosedurlar zamanı assistentlik etmək
- Stomatoloji alətlərin hazırlanmasını və sterilizasiyasını təmin etmək
- Pasiyent məlumatlarının qeydiyyatını və təqibini aparmaq
- Klinikanın sanitar-gigiyenik qaydalarına riayət olunmasını təmin etmək
Tələblər:
- Tibb bacısı ixtisası üzrə orta ixtisas və ya ali tibbi təhsil
- Stomatologiya sahəsində minimum 6 ay iş təcrübəsi
- Azərbaycan və rus dillərini bilmək (rus dili mütləqdir)
- Pasiyentlərlə nəzakətli və diqqətli ünsiyyət bacarığı
- Alətlərin sterilizasiyası və həkimə assistentlik bacarığı
- Operativ, məsuliyyətli və intizamlı olmaq
- Komanda ilə işləmək bacarığı
Şərtlər:
- Tam ştat
- İş günləri: Həftədə 6 gün saat 09:00 dan 18:00 dək
- Bazar istirahət günləri (əlavə icazə saatlarda verilir)
- Əmək haqqı: 600 AZN (net) + əməliyyatlara görə əlavə ödəniş
- Əlavə güzəştlər mövcuddur
Ünvan: Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi 13
Vakansiya ilə bağlı müraciət üçün CV-nizi mövzu hissəsində "Stomatologiya üzrə tibb bacısı" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.