Skincode Estetik Klinika komandasına Klinika üzrə köməkçi (Clinic Assistant) axtarılır.
Vəzifə öhdəlikləri:
- Klinikaya gələn pasiyentlərin qarşılanması və yönləndirilməsi;
- Pasiyentlərə klinika daxilində lazımi dəstəyin göstərilməsi;
- Həkimlərə və klinika əməkdaşlarına gündəlik iş prosesində kömək edilməsi;
- Klinikada gündəlik təşkilati işlərin həyata keçirilməsinə dəstək;
- Lazımi sənədlərin və materialların çatdırılması;
- Klinikanın daxili nizam-intizamının qorunmasına dəstək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası.
Namizədə tələblər:
- Azərbaycan və rus dillərində ünsiyyət bacarığı (rus dili mütləqdir);
- Yüksək ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- Mehriban, nəzakətli və səliqəli olmaq;
- Tibbi sahədə iş təcrübəsi üstünlükdür.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi 72;
- İş qrafiki: 6 günlük iş həftəsi
- Əməkhaqqı: 600 AZN net.
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Klinika üzrə köməkçi" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Əlaqə: 055 225 06 36