Dünya Məktəbi sürücü vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri
- Şagirdlərin A korpusundan digər korpuslara təhlükəsiz və vaxtında daşınmasını təmin etmək;
- Şagirdlərin gündəlik gəzintilərə, ekskursiyalara və məktəbdənkənar tədbirlərə daşınmasını həyata keçirmək;
- Nəqliyyat vasitəsinin texniki vəziyyətinə mütəmadi nəzarət etmək, texniki baxış və servis xidmətlərinin vaxtında həyata keçirilməsini təmin etmək;
- Nəqliyyat vasitəsini daim təmiz, səliqəli və texniki cəhətdən saz vəziyyətdə saxlamaq;
- Şagirdlərin nəqliyyat vasitəsinə təhlükəsiz minib-düşməsinə nəzarət etmək;
- Daşınma zamanı yol hərəkəti və sərnişin təhlükəsizliyi qaydalarına ciddi riayət etmək;
- Nəqliyyat vasitəsində yaranan nasazlıqlar və digər problemlər barədə birbaşa rəhbəri vaxtında məlumatlandırmaq;
- Rəhbərlik tərəfindən verilən və əmək funksiyasına uyğun digər tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.
Namizədə olan tələblər
- D kateqoriyalı etibarlı sürücülük vəsiqəsi;
- Yaş həddi: 35–45;
- Sürücü vəzifəsində minimum 3 il iş təcrübəsi;
- Bakı şəhərinin yollarını və əsas marşrutlarını yaxşı bilmək;
- Yol hərəkəti qaydalarını mükəmməl bilmək və onlara ciddi riayət etmək;
- Sərnişin, xüsusilə şagird daşınması sahəsində təcrübənin olması üstünlükdür;
- Məsuliyyətli, intizamlı, səbirli, dürüst və punktual olmaq;
- Uşaqlarla ünsiyyətdə nəzakətli və diqqətli davranmaq;
- Zərurət yarandıqda dəyişkən iş qrafiki ilə işləməyə hazır olmaq.
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Dünya Məktəbi
- İş qrafiki: Həftədə 5 gün, 08:00–17:00
- Əmək haqqı: 700 AZN (NET)
- Məşğulluq forması: Tam ştat
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi.
Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Sürücü” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.