Kids Academy by British School Kids Academy by British School
  • 254

Kids Academy by British School

Təhsil , Təlim və peşəkar inkişaf

İngilis dili müəllimi (təcrübəçi)

İngilis dili müəllimi (təcrübəçi)

  • Deadline 27 Avqust 2026

Müddət: 3 ay

Proqram haqqında

  • Kids Academy karyerasına yeni başlayan və ingilis dili müəllimi olmaq istəyənlər üçün 3 aylıq təcrübə proqramına start verir. Proqramın məqsədi gənclərə real tədris mühitində praktika qazandırmaq, peşəkar inkişaflarına dəstək olmaq və gələcək karyeralarına düzgün istiqamət verməkdir.

Sizə nə təklif edirik?

  • Təcrübəli müəllimlərdən mentorluq və davamlı dəstək
  • Real dərs mühitində praktika toplamaq imkanı
  • Peşəkar inkişaf üçün istiqamətləndirmə və feedback
  • Proqram sonunda müəyyən edilmiş KPI-ları uğurla yerinə yetirən təcrübəçilərə full-time iş imkanı
  • Təcrübə proqramını uğurla bitirdikdən sonra tövsiyə məktubu və setifikat

Vəzifə öhdəlikləri:

  • İngilis dili üzrə conversation (danışıq) dərslərini idarə etmək
  • Tədris prosesində komandaya dəstək olmaq
  • Mentorların rəhbərliyi ilə dərs materiallarının hazırlanmasında iştirak etmək
  • Şirkətdaxili tədris layihələrində yaxından iştirak etmək

Namizədə tələblər

  • İngilis dilini yüksək səviyyədə bilmək (B2 və yuxarı)
  • Müəllimlik sahəsində karyera qurmaq istəyi
  • Uşaqlarla işləmək bacarığı
  • Öyrənməyə açıq olmaq, məsuliyyətli və punktual olmaq

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily101
  • Weekly232
  • Monthly2501