Müəllim / Tərbiyəçi

  • Истекает 23 июль 2026

İş profili

 

Şirkət haqqında

 

"Kindergarten" özəl uşaq bağçası 2013-cü ildə Bakı şəhərində təsis olunmuşdur. Şirkət uşaqların inkişafı, o cümlədən təhsili ilə məşğul olur (hər zaman balacanın rahatlığı üçün ailə mühiti yaratmağa çalışır). Hal-hazırda Bakıda yeganə bağçadır ki, fransıza kimi fəaliyyət göstərir və baş ofisi Londonda yerləşir. "Kindergarten" daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün kindergartenofficial instagram saytına baxa bilərsiniz.

 

Hörmətli namizəd!

İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

 

Müəllim / Tərbiyəçi

 

Namizədə tələblər

● Yaş: 22-45

● Təhsil: Ali

● İş təcrübəsi: Bu sahədə təcrübəsi olanlara üstünlük verilir

● Dil bilikləri: Azərbaycan və Rus (əla), İngilis dili (əla) - mütləqdir

 

Şəxsi keyfiyyətlər

● Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla effektiv ünsiyyət qurmaq bacarığı

● Fikirlərini aydın, lakonik və inamla ifadə etmək bacarığı

● Yeni bilik və bacarıqları mənimsəməyə və inkişaf etdirməyə həvəsli olmaq

● Yeni iş mühitinə və kollektivə tez uyğunlaşaraq komandanın bir hissəsi olmaq bacarığı

● Uşaqlara sevgi ilə yanaşmaq və onlara qayğı göstərmək

● Hər bir uşağa fərdi yanaşma qurmaq bacarığı

● Səbirli, emosional cəhətdən sabit və stresə davamlı olmaq

 

Əsas vəzifə öhdəlikləri

● Məşğələlərin proqram üzrə tədris olunması

● Uşaqlara qayğı və sevgi ilə yanaşmaq

● Uşaqlara qulluq etmək

● Uşaqlara nəzarət etmək

● Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək

● Valideynlərlə mütəmadi ünsiyyətdə olmaq

 

İş şərtləri

● İş vaxtı: 08:00 – 18:00 (08:00/19:00) növbəli şəkildə

● İş günü: 5/2 (şənbə və bazar günləri, dövlət bayramları qeyri-iş günləridir)

● Əmək haqqı: 600 AZN - 1000 AZN

 

Məlumatlandırıcı qeydlər

● Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun

● CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədəuyğundur

● CV formasında əsas məlumatları lakonik və aydın qeyd edin

● Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir

● İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin surətinin göndərilməsinə ehtiyac yoxdur

● İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

 

 

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (i[email protected]) -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Müəllim / Tərbiyəçi” qeyd etmələri xahiş olunur.

 

  • Daily94
  • Weekly311
  • Monthly94