İş profili
Şirkət haqqında
"Kindergarten" özəl uşaq bağçası 2013-cü ildə Bakı şəhərində təsis olunmuşdur. Şirkət uşaqların inkişafı, o cümlədən təhsili ilə məşğul olur (hər zaman balacanın rahatlığı üçün ailə mühiti yaratmağa çalışır). Hal-hazırda Bakıda yeganə bağçadır ki, fransıza kimi fəaliyyət göstərir və baş ofisi Londonda yerləşir. "Kindergarten" daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün kindergartenofficial instagram saytına baxa bilərsiniz.
Hörmətli namizəd!
İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!
Metodist
Namizədə tələblər:
Yaş: 25-45
Təhsil: Ali (Pedaqoji təhsil mütləqdir)
İş təcrübəsi: Məktəbəqədər təhsil müəssisələrində metodist və ya rəhbər pedaqoji vəzifələrdə ən azı 2-3 il iş təcrübəsi
Dil bilikləri: Azərbaycan və Rus (əla), İngilis dili (əla) - mütləqdir
Şəxsi və peşəkar keyfiyyətlər:
Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla (pedaqoji heyət və valideynlərlə) effektiv ünsiyyət qurmaq bacarığı
Fikirlərini aydın, lakonik, inamla ifadə etmək və təqdimat bacarıqları
Müasir təlim-tədris metodologiyalarını mənimsəməyə, tətbiq etməyə və inkişaf etdirməyə həvəsli olmaq
Yeni iş mühitinə və kollektivə tez uyğunlaşaraq komandanın bir hissəsi olmaq bacarığı
Liderlik, təşkilatçılıq və komandanı motivasiya etmək qabiliyyəti
Səbirli, emosional cəhətdən sabit və stresə davamlı olmaq
Əsas vəzifə öhdəlikləri:
Bağçanın tədris proqramının və metodiki vəsaitlərinin hazırlanması, təkmilləşdirilməsi və tətbiqinə nəzarət edilməsi
Tərbiyəçi-müəllimlərin pedaqoji fəaliyyətinin əlaqələndirilməsi, metodiki köməkliyin göstərilməsi və dərslərin keyfiyyətinin monitorinqi
Müasir təlim metodlarının və innovativ yanaşmaların tədris prosesinə inteqrasiya olunması
Pedaqoji heyətin peşəkar inkişafı üçün təlimlərin, seminarların və açıq dərslərin təşkil edilməsi
Tədris planlarının, illik və aylıq proqramların düzgün qorunması və icrasına nəzarət
Valideynlərlə mütəmadi ünsiyyətdə olmaq, tədris proqramı və uşaqların inkişaf dinamikası barədə onları məlumatlandırmaq
İl ərzində bağçada keçirilən bayramları təşkil etmək
Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək
İş şərtləri:
İş vaxtı: 09:00 – 18:00
İş günü: 5/2 (şənbə və bazar günləri, dövlət bayramları qeyri-iş günləridir)
Əmək haqqı: 1000 AZN - 1400 AZN
Məlumatlandırıcı qeydlər:
Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədəuyğundur
CV formasında əsas məlumatları lakonik və aydın qeyd edin
Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin surətinin göndərilməsinə ehtiyac yoxdur
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Maraqlanan namizədlər öz CV-lərini müraciət formasını dolduraraq [email protected] ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Metodist” qeyd etmələri xahiş olunur.