Receptionist (Qeydiyyatçi)

  • Истекает 14 сентябрь 2026

İş profili

Şirkət haqqında

"Kindergarten" özəl uşaq bağçası 2013-cü ildə Bakı şəhərində təsis olunmuşdur. Şirkət uşaqların inkişafı, o cümlədən təhsili ilə məşğul olur (hər zaman balacanın rahatlığı üçün ailə mühiti yaratmağa çalışır). Hal-hazırda Bakıda yeganə bağçadır ki, fransıza kimi fəaliyyət göstərir və baş ofisi Londonda yerləşir. "Kindergarten" daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün kindergartenofficial instagram saytına baxa bilərsiniz.

Hürmətli namizəd!

İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Qeydiyyatçı / Receptionist

Namizədə tələblər

Yaş: 22-35

Təhsil: Ali

İş təcrübəsi: Bu sahədə təcrübəsi olanlara üstünlük verilir

Dil bilikləri: Azərbaycan və Rus (əla), İngilis dili (əla) - orta səviyyə

Şəxsi keyfiyyətlər

Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla effektiv ünsiyyət qurmaq bacarığı

Fikirlərini aydın, lakonik və inamla ifadə etmək bacarığı

Yeni bilik və bacarıqları mənimsəməyə və inkişaf etdirməyə həvəsli olmaq

Yeni iş mühitinə və kollektivə tez uyğunlaşaraq komandanın bir hissəsi olmaq bacarığı

Gülərüz, səbirli, emosional cəhətdən sabit və stresə davamlı olmaq

Uşaqlara sevgi və diqqətlə yanaşmaq

Əsas vəzifə öhdəlikləri

Mərkəzə daxil olan valideynləri, uşaqları və qonaqları qarşılamaq, yönləndirmək

Zəngləri cavablandırmaq və lazımi şəxslərə yönləndirmək

Valideynlərlə mütəmadi, nəzakətli və keyfiyyətli ünsiyyətdə olmaq

Daxil olan sorğuları, qeydiyyatları və sənədləşmə işlərini icra etmək

Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək

İş şərtləri

İş vaxtı: 08:00 – 19:00

İş günü: 5/2 (şənbə və bazar günləri, dövlət bayramları qeyri-iş günləridir)

Əmək haqqı: 750 AZN - 800 AZN

Məlumatlandırıcı qeydlər

Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun

CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədəuyğundur

CV formasında əsas məlumatları lakonik və aydın qeyd edin

Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir

İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin surətinin göndərilməsinə ehtiyac yoxdur

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV'lərini ([email protected]) -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq "Qeydiyyatçı / Receptionist" qeyd etmələri xahiş olunur.

  • Daily5
  • Weekly579
  • Monthly1177