K KM Services MMC
  • 1.3K

Maliyyə və Mühasibatlıq üzrə təcrübəçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Maliyyə və Mühasibatlıq üzrə təcrübəçi

  • Deadline 17 July 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Maliyyə və mühasibatlıq sahəsində dərin biliklərə sahib olmaq və öyrəndiklərini tətbiq etmək istəyən gənc, çevik və enerjili gəncləri komandamıza dəvət edirik.

Tələblər:

  • Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadiyyat üzrə bakalavr dərəcəsi) - Diplom və qiymətlər cədvəlini CV ilə birlikdə göndərməyiniz xahiş olunur.
  • Kompüter bilikləri: MS Office proqramları;
  • Dil bilgisi: Azərbaycan dili sərbəst (İngilis dili üstünlükdür)
  • İş qrafiki: Bazar ertəsi-Cümə (saat 09:00-18:00) nahar fasiləsi (13:00-14:00)

Əmək haqqı: 500 AZN 

İşin təsviri

  • Təchizatçı firmaların qaimələrinin əsasında ödənişlərin köçürülməsi
  • Xarici ödənişlərin həyata keçirilməsi və gömrük kodlarının alınması
  • Bank təminatları üçün banka müraciətlərin hazırlanması
  • ƏDV depozitdən və Bankdan ödənişlərinin icra olunması
  • Bank əməliyyatlarının və əmək haqqına dair bütün əməliyyatların 1C sisteminə daxil olunması
  • Əmək haqqlarının, xəstəlik, məzuniyyət və s. ödənişlərin hesablanması
  • Əmək haqqlarının hesablanması və ödənilməsinin təmin edilməsi
  • DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra edilməsi
  • İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək göstərilməsi
  • Dövlət orqanlarına aylıq, rüblük və illik hesabatların hazırlanması və vaxtında təqdim olunması
  • Xərc və alış sənədlərinin proqram təminatında uçotunun aparılması
  • Maliyyə məlumatlarının təhlil olunması
  • Üzləşmə aktlarının hazırlanması
  • Əsas vəsait və materiallar ehtiyatları ilə bağlı əməliyyatları 1C proqram təminatında qeydiyyata alınması və mövcud əməliyyatlara nəzarət olunması
  • Problemli qaimələrin araşdırılması, ödənişlərin reysterde qeyd edilməsi
  • Hesab faktura, elektron qaimə və akt yazılaraq, qeydiyyatının aparılması
  • Müvafiq sahə üzrə rəhbərlik tərəfindən tələb olunan hesabatların hazırlanması

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily0
  • Weekly272
  • Monthly151