Vəzifə öhdəlikləri
- General English, Pre-IELTS və IELTS qruplarında dərslərin keçirilməsi
- Tələbələrin səviyyəsinə uyğun dərs planlarının hazırlanması
- Tələbə inkişafının izlənməsi və qeydlərin aparılması
- Səviyyə testləri və sınaq imtahanlarında iştirak
Tələblər
- IELTS ümumi 7.0 və ya yuxarı
- Ən azı 2 il tam ştat müəllim iş təcrübəsi — tədris mərkəzində və ya məktəbdə
- İngilis dili və ya tədris üzrə ali təhsil, yaxud tədris sertifikatı (TKT, TESOL, CELTA və s.)
Üstünlük sayılır
- Sınaq imtahanlarının hazırlanması və yoxlanılması təcrübəsi
- Rus dili bilmək
İş şəraiti
- İş yeri: Bakı, Xətai (metroya yaxın)
- İş qrafiki: Tam ştat
- Əməkhaqqı: 800 Azn - 1200 Azn + bonus
- Nəticə bonusu — tələbənin yekun IELTS balına görə
- Sınaq müddəti: 1 ay
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.