Knight Academy Knight Academy
  • 458

Knight Academy

Education

Xaricdə Təhsil Mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Xaricdə Təhsil Mütəxəssisi

  • Deadline 18 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Biz kimik?

  • Knight Academy - Bakıda sürətlə böyüyən ingilis dili və xaricdə təhsil mərkəzidir. IELTS, Alman dili, General English və peşəkar xidmətlərimizlə tələbələrimizə dünyada öz yollarını tapmaqda kömək edirik. Komandamız kiçikdir, lakin hər addımda keyfiyyəti ön plana çəkirik. İndi xaricdə təhsil bölməmizi genişləndiririk və bu missiyaya inamlı bir peşəkar axtarırıq.

Sizi nə gözləyir?

  • Bu sadə bir ofis vəzifəsi deyil. Siz Knight Academy-nin xaricdə təhsil istiqamətinin əsas sütunu olacaqsınız. Tələbələrin həyatında real dəyişiklik yaradan qərarlar qəbul edəcəksiniz, hansı universitetə, hansı ölkəyə, hansı proqrama. Çin, Kanda, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Macarıstan, Türkiyə, Böyük Britaniya və digər istiqamətlər üzrə tələbə axınını siz idarə edəcəksiniz. Nəticəyə görə mükafatlandırılacaqsınız.

Vəzifə öhdəlikləri

  • Tələbələrə xaricdə təhsil imkanları barədə peşəkar məsləhət vermək (ölkə, universitet, proqram, xərc)
  • Hər tələbə üçün fərdi plan hazırlamaq: müraciət müddətləri, tələb olunan sənədlər, müsahibəyə hazırlıq
  • Müraciət prosesini başdan sona koordinasiya etmək (sənədlərin yığılması, ərizənin göndərilməsi, nəticənin izlənməsi)
  • Tərəfdaş xarici müəssisələr və sub-agent şirkətlərlə daimi əlaqə saxlamaq
  • Yeni xarici tərəfdaşlarla birbaşa əməkdaşlıq müzakirəsi aparmaq
  • Tələbə bazasını aktual saxlamaq, həftəlik hesabat hazırlamaq

Tələblər

  • Xaricdə təhsil, tələbə yerləşdirmə və ya beynəlxalq təhsil sahəsində minimum 1 il iş təcrübəsi
  • Azərbaycan dili — ana dili; ingilis dili — B2 və yuxarı
  • Tələbə ilə də, xarici tərəfdaşla da eyni səviyyədə ünsiyyət qura bilmək
  • Müddətlərə riayət, öhdəlikləri yerinə yetirmə
  • Yüksək empati və məsuliyyət hissi: tələbənin uğuru sizin uğurunuzdur

Əlavə üstünlük: Macarıstan (Stipendium Hungaricum), Türkiyə, Gürcüstan, Çexiya və ya Böyük Britaniya istiqamətlərində təcrübə; viza prosedurları ilə tanışlıq; sosial media vasitəsilə tələbə cəlbi; rus dili bilikləri.

Biz nə təklif edirik?

  • Rəqabətli sabit maaş — təcrübəyə uyğun, müsahibədə razılaşdırılır 
  • Komissiya sistemi — hər uğurlu yerləşdirmə üçün əlavə ödəniş 
  • Real karyera imkanı — siz bu bölməni sıfırdan qurursunuz; böyümə üçün tam meydan açıqdır 
  • Beynəlxalq şəbəkə — dünya universitetləri və müəssisələri ilə birbaşa işləmək imkanı 
  • Sağlam iş mühiti — biz bir-birinə hörmət edən, dəstəkləyən və nəticəyə birlikdə çatan komandayıq. Burada toksik mühit yox, aydın hədəflər, qarşılıqlı inam və peşəkar inkişaf var 
  • Əlverişli məkan — Xətai metrosu və Dəmirçi Plazanın yanında, hər yerdən asanlıqla çatmaq mümkündür

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız ciddi namizədlər dəvət olunur. Bütün müraciətlər məxfi saxlanılır.

  • Daily0
  • Weekly246
  • Monthly1955