KNN Academy – rəsmi Cambridge English Preparation Centre, IELTS IDP center olaraq komandamıza peşəkar, enerjili və tədrisə həvəsli İngilis dili müəllimi axtarır.
Vəzifə öhdəlikləri
- Müxtəlif yaş və səviyyə qrupları üçün ingilis dili dərslərinin keçirilməsi;
- Uşaqlar, yeniyetmələr və böyüklərlə effektiv tədris prosesinin təşkili;
- Tələbələrin səviyyəsinə və ehtiyaclarına uyğun dərs planlarının hazırlanması;
- Cambridge English proqram və standartlarına uyğun tədrisin həyata keçirilməsi;
- Müasir, kommunikativ və interaktiv tədris metodlarından istifadə;
- Tələbələrin Speaking, Listening, Reading və Writing bacarıqlarının paralel şəkildə inkişaf etdirilməsi;
- Tələbələrin bilik və inkişaf səviyyəsinin mütəmadi olaraq qiymətləndirilməsi;
- Test, tapşırıq və əlavə tədris materiallarının hazırlanması;
- Tələbələrin dərs prosesində aktiv iştirakının və motivasiyasının təmin edilməsi;
- Akademiyanın tədris standartlarına və proqramına uyğun fəaliyyət göstərilməsi.
Namizədə tələblər
- İngilis dilini yüksək səviyyədə bilmək (minimum C1 səviyyəsi üstünlükdür);
- İngilis dilinin tədrisi üzrə iş təcrübəsinin olması;
- Müxtəlif yaş qrupları ilə işləmək bacarığı;
- Güclü kommunikasiya və təqdimat bacarıqları;
- Məsuliyyətli, punktual, səbirli və öyrətməyə həvəsli olmaq;
- Müasir və interaktiv tədris metodlarından istifadə bacarığı;
- Tələbələrlə pozitiv və motivasiyaedici ünsiyyət qurmaq bacarığı;
- Cambridge English imtahanlarına hazırlıq təcrübəsi üstünlük hesab olunur;
- CELTA, TKT, TESOL, TEFL və digər beynəlxalq müəllimlik sertifikatlarının olması üstünlükdür.
İş şəraiti
- İş yeri: KNN Academy
- İş qrafiki: Full time
- Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müəyyən edilir. (Minimum 600-1200 Azn)
- Peşəkar və inkişaf yönümlü iş mühiti;
- Rəsmi Cambridge English Preparation Centre-də işləmək və beynəlxalq tədris standartları üzrə təcrübə qazanmaq imkanı.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini “İngilis dili müəllimi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan e-mail ünvanına göndərə bilərlər.
Əlaqə nömrəsi: 050 234 36 46