Vəzifə öhdəlikləri:
- İnsan Resursları siyasət və prosedurlarının hazırlanması və tətbiqi
- İşə qəbul prosesinin tam dövrünün idarə edilməsi (elan, seçim, müsahibə, təklif və s.)
- Yeni əməkdaşların adaptasiya prosesinin təşkili və izlənilməsi
- Əmək qanunvericiliyinə uyğun olaraq əmək müqavilələrinin, əlavə və dəyişikliklərin, əmrlərin hazırlanması və uçotun aparılması
- Məzuniyyət, ezamiyyət, işə çıxmama halları və digər kadr uçotu sənədlərinin idarə olunması
- Əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi və inkişaf proqramlarının hazırlanmasında iştirak
- Motivasiya və işçi məmnuniyyəti layihələrinin təşkili və həyata keçirilməsi
- HR hesabatlarının və təhlillərinin hazırlanması və rəhbərliyə təqdim olunması
- Təşkilati strukturun və ştat cədvəlinin formalaşdırılmasına dəstək
- HR məlumat bazasının və elektron sistemlərin aktual saxlanması
- Əməkdaşların sorğularının cavablandırılması və effektiv əməkdaşlıq mühitinin qorunması
Tələblər:
- Ali təhsil (İnsan Resursları, Biznesin idarə olunması, Hüquq və ya digər müvafiq sahələr)
- İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini və digər aidiyyəti normativ hüquqi aktları dərindən bilmək
- İşə qəbul, kadr kargüzarlığı, performans qiymətləndirilməsi və digər İR funksiyaları üzrə praktiki bilik və bacarıqlar
- 1C, SAP HR və ya digər HRM sistemləri ilə işləmə bacarığı arzuolunandır
- MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı
- Yüksək təşkilatçılıq, analitik düşüncə və ünsiyyət bacarığı
- Komandada işləmək və çoxfunksiyalı mühitə uyğunlaşmaq bacarığı
- CIPD və ya digər beynəlxalq HR sertifikatları üstünlükdür
İş barədə məlumat:
- Əmək haqqı: müsahibə zamanı namizədin bilik və bacarığına, təcrübəsinə əsasən təyin olunacaq
- İş yeri: Bakı şəh., Nərimanov ray., Əhməd Rəcəbli küç.
- 5 günlük iş qrafiki: I-V-ci günlər 09:00-18:00
CV-lərinizi “İnsan resursları üzrə aparıcı mütəxəssis” başlığı altında Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır.