Korporativ hüquqşünas

  • Истекает 3 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Kollekta MMC hüquqi məsələlərin effektiv idarə olunması, müqavilə və korporativ hüquq proseslərinin təmin edilməsi məqsədilə peşəkar və məsuliyyətli Korporativ Hüquqşünas axtarır.

Vəzifə öhdəlikləri

  • Təşkilatın fəaliyyəti çərçivəsində bağlanan daxili və xarici müqavilələrin hazırlanması, hüquqi ekspertizası və müqavilə reyestrinin aparılması;
  • Təşkilatın maliyyə əməliyyatları, borcların idarə edilməsi və kolleksiya fəaliyyəti ilə bağlı daxili qayda, prosedur, təlimat və əsasnamələrin hüquqi ekspertizasının həyata keçirilməsi və təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
  • Müştərilər, tərəfdaşlar və digər hüquqi şəxslərlə bağlanan müqavilələrin hüquqi risklərinin qiymətləndirilməsi və risklərin minimallaşdırılması üzrə tövsiyələrin hazırlanması;
  • Təşkilatın tərəf olduğu müqavilələrə hüquqi rəy verilməsi və müəyyən edilmiş qaydada hüquqi viza prosedurunun həyata keçirilməsi;
  • Etibarnamələrin hüquqi əsaslarının yoxlanılması və qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsinin təmin olunması;
  • Kolleksiya prosesində iştirak edən struktur bölmələrə hüquqi dəstəyin göstərilməsi və borclularla aparılan kommunikasiya və danışıqların hüquqi çərçivədə həyata keçirilməsinə dəstək verilməsi;
  • Borclularla bağlı məhkəmə işlərinin başlanılması üçün zəruri sənədlərin toplanması, hüquqi təhlilin aparılması və müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi;
  • Məhkəmə qərar və qətnamələrinin təhlil edilməsi, zərurət yarandıqda apellyasiya və kassasiya şikayətlərinin hazırlanması və məhkəmə proseslərinin izlənilməsi;
  • Təşkilatın fəaliyyətindən irəli gələn hüquqi risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və onların qarşısının alınması üzrə tədbirlərin görülməsi;
  • Dövlət və icra orqanları, notariat kontorları və məhkəmələrdə zərurət yarandıqda təşkilatın qanunvericiliyə uyğun qaydada təmsil olunması;
  • Hüquqi fəaliyyət üzrə aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Hüquqi məsələlərlə bağlı rəhbərliyin və struktur bölmələrin sorğularının cavablandırılması və hüquqi məsləhətlərin verilməsi.

Namizədə tələblər

  • Hüquq sahəsində ali təhsil;
  • Korporativ hüquq, maliyyə hüququ və ya müvafiq sahədə 3–5 il iş təcrübəsi;
  • Kollektor şirkəti, bank və ya BOKT sektorunda hüquq üzrə iş təcrübəsi üstünlükdür;
  • Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini, o cümlədən Mülki Məcəllə, İcra haqqında qanunvericilik və maliyyə sektoru üzrə normativ-hüquqi aktları yüksək səviyyədə bilmək;
  • Müqavilələrin hazırlanması və hüquqi ekspertizası, məhkəmə və icra prosesləri üzrə praktiki biliklər;
  • Güclü analitik düşüncə, hüquqi təhlil və problem həll etmə bacarığı;
  • Yüksək məsuliyyət, dəqiqlik və detallara diqqət;
  • Effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Məxfilik və peşə etikası prinsiplərinə riayət etmək;
  • Azərbaycan dilini mükəmməl bilmək; rus və ingilis dilləri üstünlükdür;
  • MS Office proqramlarında, xüsusilə Word, Excel, PowerPoint və Outlook-da sərbəst işləmək bacarığı.

İş barədə məlumat

  • Əmək haqqı: 1800–2000 AZN NETT
  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi
  • İş qrafiki: 5 günlük iş həftəsi, I–V günlər, 10:00–19:00
  • Komfortlu və müasir iş mühiti
  • Peşəkar və mehriban komanda
  • Müasir idarəetmə sistemi və inkişaf imkanları

CV-lərinizi “Korporativ Hüquqşünas” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Qeyd: Vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə növbəti seçim mərhələsi üçün əlaqə saxlanılacaq.

  • Daily0
  • Weekly484
  • Monthly370