Məhkəmələrlə iş şöbəsinin icraya nəzarət üzrə mütəxəssisi

Məhkəmələrlə iş şöbəsinin icraya nəzarət üzrə mütəxəssisi

  • Deadline 15 November 2026

Vəzifə öhdəlikləri:

 

·       Fiziki şəxslər üzrə problemli kreditlərlə bağlı məhkəməyəqədər mərhələdə iş aparır, borclular və zaminlərlə əlaqə saxlayır, yazışmalar və ünvan səfərləri həyata keçirir, əmlak və gəlirlər barədə müvafiq orqanlara sorğular göndərir.

·       Məhkəməyəqədər tədbirlər nəticə vermədikdə, işi müəyyən edilmiş müddətdə məhkəməyə təqdim olunması üçün aidiyyəti üzrə yönləndirir.

·       İcra mərhələsində icra sənədlərinin vaxtında və düzgün icrasını təmin etmək məqsədilə icra məmurları ilə əməkdaşlıq edir, müraciət və vəsatətlər hazırlayır, ünvan səfərlərində iştirak edir.

·       Borclunun əmlak və gəlirlərinin aşkar edilməsi, tutmanın yönəldilməsi, əmlakın qiymətləndirilməsi və hərrac prosesində təşkilatı təmsil edir.

·       Məhkəmə prosesindən icra mərhələsinədək müştəri və zaminlərlə mütəmadi əlaqə saxlayır, sənədləşmə və rəsmi yazışmaları aparır.

·       Görülmüş işlərin proqram üzrə qeydiyyatını aparır, borcların cari statusu və nəticələr barədə mütəmadi hesabat təqdim edir.

Tələblər:

 

  • Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq);
  • Müvafiq sahə üzrə 2 ildən çox iş təcrübəsi. Bank və ya BOKT sahəsində iş təcrübəsinin olması üstünlükdür;
  • Sürücülük vəsiqəsi;
  • Effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür;
  • İşin xüsusiyyəti ilə əlaqədar kişi namizədlərə üstünlük verilir.

 

İş barədə məlumat:

·       Əmək haqqı: 2000+ AZN (ƏH+bonus birlikdə)

·       İş yeri : Bakı şəh, Nərimanov rayonu.

·       Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda

·       5 günlük iş qrafiki: I-V-ci günlər 10:00-19:00

CV-lərinizi “Problemli kreditlərlə iş şöbəsinin icraya nəzarət üzrə mütəxəssisi” başlığı altında [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

 Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır

 

  • Daily63
  • Weekly505
  • Monthly1356