Biznes prosesləri üzrə mütəxəssis

  • Deadline 23 August 2026

Təsvir

  • Biznes proseslərinin "AS IS" və "TO BE" modellərinin hazırlanması, GAP analizinin aparılması, boşluqların müəyyənləşdirilməsi və onların aradan qaldırılması üzrə təkliflərin hazırlanması;
  • Biznes proseslərinin avtomatlaşdırılması və Süni İntellekt (Sİ) tətbiqi potensialının müəyyənləşdirilməsi, biznes dəyərinin və tətbiq məqsədəuyğunluğunun qiymətləndirilməsi;
  • Avtomatlaşdırma və Sİ layihələri üzrə biznes, funksional və qeyri funksional tələblərin hazırlanması və sənədləşdirilməsi;
  • Biznes prosesləri üzrə Business Rules, qərar məntiqi və proses ssenarilərinin hazırlanması və sənədləşdirilməsi;
  • Biznes proseslərində istifadə olunan məlumat axınının (Data Flow) təhlili, məlumat mənbələrinin, giriş/çıxış məlumatlarının və emal mərhələlərinin müəyyənləşdirilməsi;
  • Avtomatlaşdırılacaq proseslər üzrə Data Mapping sənədlərinin hazırlanması və sistemlər arasında məlumat mübadiləsinin təsvir edilməsi;
  • Biznes proseslərində iştirak edən sistemlər üzrə inteqrasiya nöqtələrinin (Integration Points) müəyyənləşdirilməsi və inteqrasiya tələblərinin hazırlanması;
  • Hazırlanacaq rəqəmsal həllər üçün ilkin istifadəçi ssenarilərinin (User Journey) və istifadəçi interfeysinin (UI Concept) hazırlanması;
  • Yeni rəqəmsal alət və həllərin (o cümlədən Sİ əsaslı) istifadəçi interfeysinin (UI) biznes tələblərinə uyğunluğunun qiymətləndirilməsi və texniki komanda ilə əlaqələndirilməsi;
  • Sİ və avtomatlaşdırma layihələrində biznes tərəfini təmsil etmək, proses məntiqinin, məlumat axınının, funksional tələblərin və gözlənilən nəticələrin texniki komandaya aydın şəkildə ötürülməsini təmin etmək;
  • Avtomatlaşdırma layihələrinin icrası zamanı texniki komandanın biznes suallarının cavablandırılması, biznes tələblərində baş verən dəyişikliklərin idarə olunması və layihənin biznes baxımından müşayiət edilməsi;
  • İstifadəçi qəbul testləri (UAT) üçün test ssenarilərinin və Acceptance Criteria-nın hazırlanması, hazırlanmış həllərin biznes tələblərinə uyğunluğunun qiymətləndirilməsi;
  • Tətbiq edilmiş biznes proseslərinin və avtomatlaşdırılmış həllərin effektivliyinin monitorinqi, nəticələrin təhlili və hesabatların hazırlanması;
  • Biznes proseslərini tənzimləyən daxili normativ sənədlərin hazırlanması, yenilənməsi, təsdiqi, elan edilməsi və arxivləşdirilməsi;
  • Birbaşa rəhbərin tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək, görülən işlər üzrə hesabatların təqdim edilməsi.

Tələblər

  • Ali təhsil (Biznesin idarə edilməsi, iqtisadiyyat, menecment, informasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə);
  • Biznes proseslərinin idarə olunması (BPM), Biznes Analiz, Rəqəmsal Transformasiya və ya Biznes Konsaltinq sahəsində minimum 1 il iş təcrübəsi;
  • ERP, CRM, BPM və ya digər korporativ sistemlərlə işləmə təcrübəsi;
  • Səlis azərbaycan və rus dili biliyi, ingilis dili biliyi üstünlükdür;
  • Biznes proseslərinin analizi, modelləşdirilməsi və optimallaşdırılması (AS-IS, TO-BE, GAP Analysis, BPMN 2.0);
  • Biznes və funksional tələblərin, biznes qaydalarının (Business Rules), Data Flow və Data Mapping sənədlərinin hazırlanması;
  • Biznes proseslərində inteqrasiya nöqtələrinin müəyyənləşdirilməsi və korporativ informasiya sistemlərinin (ERP, CRM, HRM, WMS və s.) iş prinsipləri üzrə bilik;
  • REST API, JSON, SQL və verilənlər bazaları üzrə baza bilikləri;
  • Biznes proseslərinin modelləşdirilməsi alətləri (Bizagi, Visio, Draw.io və s.) və Microsoft Office proqramlarında işləmək bacarığı;
  • User Journey və UI konsepsiyalarının hazırlanması üzrə anlayış;
  • AI texnologiyalarının biznes proseslərində tətbiqi və texniki komandalarla effektiv əməkdaşlıq bacarığı;
  • Agile/Scrum metodologiyası üzrə baza bilikləri;
  • BABOK, CBAP, Lean, Six Sigma, TOGAF üzrə biliklər üstünlükdür;
  • Rəqəmsal transformasiya layihələrində iştirak təcrübəsi üstünlükdür;
  • AI alətləri (ChatGPT, Claude, Gemini və s.), Prompt Engineering, RPA və Low-code/No-code platformaları (Power Automate, UiPath, n8n, Make, Creatio və s.) ilə iş təcrübəsi;
  • Jira, Confluence, Figma və ya digər UI dizayn alətləri ilə işləmək bacarığı üstünlükdür;
  • Güclü analitik düşünmə, problem həll etmə və kross-funksional komandalarla işləmək bacarığı.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily88
  • Weekly555
  • Monthly2232