Brend mağazaların inkişafı üzrə menecer

  • Истекает 28 декабрь 2024

Vəzifə öhdəlikləri:

  • Məsul olduğu kateqoriya, marka portfelində məhsul satışlarının izlənilməsi lazımi optimizasiya təkliflərinin verilməsi;
  • Yeni məhsul üçün şirkət daxili müvafiq məhsul tələblərinin açılması;
  • Anbar qalıqlarının izlənilməsi, satışı zəif olan məhsullarla bağlı tədbirlərin görülməsi üçün satış və ticari marketing komandasının məlumatlandırılması;
  • Yeni məhsulun ideyasından başlayaraq bazara təqdim edilməsinə qədər olan prosesdə lazımı adamlarla əlaqədə olmaq və məhsulun zamanında bazara təqdim edilməsini təmin etmək;
  • Rəqabətcil məhsul qiymət strategiyalarının hazırlanması;
  • Kateqoriya , marka və kanal strategiyalarının hazırlanması;
  • Mütəmadi olaraq ediləcək market ziyarətləri hesabatlarının hazırlanması və aşkarlanmış uyğunsuzluqların hesabatlarda qeyd edilərək düzəldilməsi üçün satış komandasına məlumat verilməsi;
  • Ticarət marketinq və satış komandası ilə sıx əlaqədə olmaqla satış artırma yönümlü təkliflər hazırlanması;
  • Görülmüş xidmətlər qarşılığında ödəniş sənədlərinin qəbul edilməsi, ödəniş tələbinin açılması və ödənilməsinin təqib edilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Satış sahəsində minimum 3 il iş təcrübəsi;
  • Səlis İngilis və ya Rus dili biliyi (hər iki dili bilmək üstünlükdür);
  • Marketinq və satış əməliyyatları və prosesləri haqqında dərin biliklər;
  • Analitik düşünmə qabiliyyəti;
  • Yüksək səviyyədə ünsiyyət, təqdimat və komanda ilə işləmək bacarığı;
  • Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook).

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily114
  • Weekly284
  • Monthly1934