Data üzrə mühəndis

  • Истекает 18 август 2025

Vəzifə öhdəlikləri:

  • Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması, BI layihələrinin tətbiqində iştirak edilməsi;
  • Data warehouse-ları və data mart-ların dizayn edilməsi, modelləşdirilməsi, optimallaşdırılması və onlara dəstək xidmət verilməsi;
  • Müxtəlif məlumat bazalarından və sistemlərindən (mənbələrdən) məlumatların toplamnılması, çevrilməsi və BI alətlərində istifadə üçün hazır vəziyyətə gətirilməsi;
  • ETL və digər data mühəndisliyi alətlərinin konfiqurasiya edilməsi və onlara dəstək xidmətləri verilməsi;
  • Riyazi və statistik üsullardan istifadə edərək bütün növ əməliyyatlar üzrə məlumatların təhlil olunması.

Tələblər:

  • Ali təhsil (İT sahəsi üzrə təhsil arzuolunandır);
  • ETL alətlərinin istifadəsində təcrübə (SQL Server Integration Services (SSIS) biliklərinə üstünlük verilir);
  • SQL Server Analysis Services (SSAS) üzrə biliklər;
  • DAX üzrə biliklər;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.

İş şəraiti:

  • İş qrafiki: I-V günləri.

Qeyd olunan tələblərə uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily115
  • Weekly115
  • Monthly1868