Daxili audit üzrə mütəxəssis

  • Истекает 20 декабрь 2024

Kontakt Home “Kontakt Mobile” olaraq 2006-cı ildə mobil telefon, aksessuar və mobil nömrələrin satışını həyata keçirən ilk kiçik mağaza ilə fəaliyyətə başlayıb. 2013-cü ildə geniş elektronika və məişət texnikası kateqoriyalarının sırasına mebel kateqoriyası da əlavə olunub. Həmin ildən etibarən yerli və xarici brendlərin, həmçinin öz fabrikimizin istehsal etdiyi mebellər də mağazalarımızda satışa çıxarılmış, bununla da “Home” konsepti tamamlanmışdır.

15 ildən artıqdır ki, güclü nüfuzumuzun əsasını təşkil edən dürüst xidmət və “ən yaxşı” olmaq məqsədi ilə irəliləməkdəyik. 

Kontakt Home hazırda 34 filial və 1 onlayn mağaza ilə nəinki Azərbaycanın, hətta Qafqaz regionunun ən böyük elektronika və mebel şəbəkələrindən biri olaraq sevindirməyə davam edir. “Kontakt – Sevindirir” ifadəsini də məhz bunun üçün özümüzə sloqan olaraq seçmişik.

Komanda üzvlərimiz arasından mükəmməlliyi və parlaqlığı seçərək  kayera yüksəlişini təmin etməyimiz daim qürurlandığımız cəhətimizdir.  Böyük komandamıza qoşulmaq istəyənlər üçün isə sağlam və pozitiv korporativ mühit, qarşılıqlı etibar, güclü və zəngin iş təcrübəsi vəd edirik!

Vəzifə öhdəlikləri:

  • İllik Audit planına uyğun olaraq audit yoxlamalarının həyata keçirilməsi;
  • Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsinin müəyyən edilməsi;
  • Mühasibat uçotunun aparılmasının, maliyyə hesabatlarının düzgünlüyünün və etibarlılığının yoxlanılması;
  • Daxili nəzarət nöqsanları barədə rəhbərliyə hesabat verilməsi, risklərin azaldılması üçün tövsiyələrin verilməsi;
  • Aşkar edilmiş çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi, daxili audit hesabatının hazırlanması;
  • Yekunlaşmış daxili audit yoxlamaları üzrə tədbirlər planının monitorinqi;
  • Daxili audit prosedurlarına aid digər tapşırıqların icra edilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Maliyyə Hesabatları üzrə biliklər;
  • ACCA, CİA, CFE və s. beynəlxalq peşəkar sertifikatların olması üstünlükdür;
  • Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook);
  • Səlis Azərbaycan dili və dili biliyi, Rus və İngilis dili biliyi üstünlükdür;
  • Datanın emal edilməsi və struklaşdırılması bacarığı;
  • Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;
  • Şifahi və yazılı ünsiyyət bacarığı;
  • Vaxtın səmərəli idarəedilməsi bacarığı;
  • Müstəqil və qrup daxilində effektiv işləmə bacarığı;
  • Obyektiv düşünmək bacarığı.

İş şəraiti:

  •  İş günləri: I-V günlər;
  •  İş saatı: 09:00-18:00.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər: https://qlor.me/lr3g918icd

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly253
  • Monthly1930