Vəzifə öhdəlikləri:
- Verilmiş dizayn konseptlərinin istehsal üçün texniki rəsmlərə və çertyojlara çevrilməsi;
- İstehsalat üçün dəqiq kəsim ölçülərinin hazırlanması;
- Məhsulun material sərfiyyatının hazırlanması;
- Sifarişlərin vaxtında və düzgün şəkildə istehsalata yönləndirilməsi;
- Layihələrin düzgün icrası üçün müvafiq şöbələrlə koordinasiyalı işlənilməsi;
- Müştəri tələblərinə uyğun dəyişikliklərin vaxtında və dəqiq şəkildə icra edilməsi;
- İstehsalat və montaj zamanı yarana biləcək texniki problemlərin həllində iştirak edilməsi;
- Mebelin möhkəmliyini və funksionallığını təmin edəcək konstruktiv həllərin təklif edilməsi;
- Birbaşa və ümumi rəhbərin tapşırdığı vəzifəyə aid olan digər işlərin edilməsi.
Zəruri:
- Autocad proqramında (2D və 3D) yüksək səviyyədə işləmə bacarığı;
- Mebel dizaynı sahəsində minimum 2 il təcrübə;
- Texniki çertyojlar ilə işləmə bacarığı;
- Komanda ilə işləmə və ünsiyyət bacarığı;
- Sürətli və keyfiyyətli işləmək bacarığı;
- Microsoft Office (Word, Excel, PowerPoint və Outlook) proqramlarında işləmə bacarığı.
Arzu olunan:
- İngilis dili və rus dili biliyi üstünlükdür;
- 3DsMAX biliyi üstünlükdür;
- Dizayn və texniki innovasiyalara maraq.
Vakansiya haqqında:
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.