Təsvir
- Yüklərin təyinatı üzrə boşaldılması, daşınması, yerləşdirilməsi;
- Anbardan çıxışı təsdiq edilmiş yüklərin-paletlərin daşıma vasitəsinə yerləşdirilməsi;
- Anbara girişə verilmiş yüklərin (paletli yüklər) rəflərdə müvafiq xanaya yerləşdirilməsi;
- Avtokarın təhlükəsiz və səmərəli idarə edilməsinə görə məsuliyyətin daşınması;
- İşin düzgün planlaşdırılması və verilən tapşırıqların vaxtında yerinə yetirilməsi;
- Ona təhkim edilmiş texnikanın işlək və təmiz vəziyyətdə saxlanılmsı, istifadədən öncə texnikaya vizual baxışın keçirilməsi;
- Texnikanın istismar tələblərinə uyğun planlı nəzarətinin aparılması və təmir ehtiyaclarının müəyyən edilməsi;
- Aşkar etdiyi bütün nasazlıqlar haqqında dərhal sahə rəisinə məlumatın verilməsi;
- İş yerində əməyin təhlükəsizliyi qayda və qanunlarına uyğun fəaliyyətin göstərilməsi.
İş şəraiti:
- İş qrafiki: 6 gün iş, 1 gün istirahət;
- İş rejimi: Növbəli iş qrafiki;
- Servis: 20 Yanvar və Koroğlu metro stansiyalarından şirkət tərəfindən servis təmin olunur;
- İş yeri: Abşeron Logistika Mərkəzi.
Tələblər
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Avtoyükləyici texnikanı idarə etmək üçün müvafiq vəsiqə/sertifikatın olması mütləqdir;
- Komandada işləmək bacarığı;
- Nizam-intizamlı, məsuliyyətli və işində dəqiq olmaq;
Vakansiya növü - Müvəqqəti
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.