Fəhlə (Anbar)

  • Deadline 14 November 2026

Vəzifə öhdəlikləri:

  • Anbara daxil olan yüklərin boşaldılması, çeşidlənməsi və müvafiq yerlərə yerləşdirilməsi;
  • Məişət texnikalarının anbar daxilində daşınması və düzgün yerləşdirilməsi;
  • Sifarişlər üzrə məhsulların yığılması, hazırlanması və nəqliyyat vasitəsinə yüklənməsi;
  • Məhsulların yüklənməsi və daşınması zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi;
  • Anbar və servis ərazisində səliqə və nizam-intizamın qorunmasına dəstək göstərilməsi;
  • Rəhbər tərəfindən verilən işlə bağlı digər tapşırıqların yerinə yetirilməsi.

İş şəraiti:

  • İş qrafiki: 6 gün iş, 1 gün istirahət;
  • İş rejimi: Növbəli iş qrafiki;
  • Servis: 20 Yanvar və Koroğlu metro stansiyalarından şirkət tərəfindən servis təmin olunur;
  • İş yeri: Abşeron Logistika Mərkəzi.

Tələblər:

  • Fiziki cəhətdən sağlam və aktiv olmaq;
  • Ağır çəkili və iri qabaritli yükləri, o cümlədən məişət texnikalarını qaldırmaq və daşımaq qabiliyyətinə malik olmaq;
  • Məsuliyyətli və nizam-intizamlı olmaq;
  • Yüklərin təhlükəsiz şəkildə daşınması və yüklənməsi qaydalarına riayət etmək;
  • Komandada işləmə bacarığı;
  • İşlə bağlı verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.

Vakansiya növü - Tam ştat

Əmək haqqı 600 - 800 AZN

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly323
  • Monthly1179