Gömrük əməliyyatları üzrə mütəxəssis

  • Истекает 23 август 2025

Vəzifə öhdəlikləri:

  • Beynəlxalq daşınmalar-idxal və ixrac əməliyyatları şöbəsi tərəfindən göndərilən yük sənədlərinin düzgünlüyünün yoxlanması və gömrükləməyə qədər hazırlanması;
  • Gömrük idxal və ixrac bəyannamələrinin düzgünlüyünün yoxlanılması və vaxtında rəsmiləşdirilməsinin həyata keçirilməsi;
  • E-gov.az portalından yüklərin sərhədi keçməsini izləyib, verilən barkodların yük sərhədi keçdikdən sonra, gecikdirilmədən idxalın rəsmiləşdirilməsinin həyata keçirilməsi;
  • Bakı Baş Gömrük İdarəsi tərəfindən geri qaytarılan, eləcə də, uyğunsuzluq aşkarlanan bəyannamələrin səbəbini araşdıraraq problemin aradan qaldırılmasının təmin edilməsi;
  • Zərurət yarandığı halda terminallardan yüklərin çıxarılması və anbara təhvil verilməsi üçün lazımi işlərin görülməsi;
  • Bölmə rəhbərinin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi, eləcə də, hesabatların hazırlanıb, təqdim olunması.

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dili (əla), Rus və İngilis dilləri biliyi orta səviyyədə;
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi arzuolunandır;
  • Gömrük qanunvericiliyi sahəsində nəzəri biliklərinin olması ;
  • İdxal, ixrac prosesləri və logistik və broker əməliyyatlar haqqında ümumi anlayışın olması;
  • Incoterms biliklərin olması (2010/2020);
  • Microsoft Office proqramlarını bilməsi.

İş şəraiti:

  • İş günləri: I-V günlər.
  • İş saatı: 09:00-18:00.

Qeyd olunan tələblərə uyğun namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily129
  • Weekly236
  • Monthly2524