Təsvir
- Kreditorlar tərəfindən imtina edilmiş müraciətlərin araşdırılması və nəticələrin qeydə alınması;
- İmtinadan sonra təsdiqlənmiş kreditlərin təhlili və səhv imtina hallarının müəyyən edilməsi;
- Kreditorların zəng yazılarının seçmə qaydada dinlənilməsi və qiymətləndirilməsi;
- İmtina səbəbləri üzrə gündəlik və həftəlik hesabatların hazırlanması;
- Mağaza rəhbərlərindən daxil olan bildirişlərin araşdırılması və cavablandırılması;
- Prosedurla bağlı yaranmış sualların cavablandırılması;
- Kredit şərtlərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasında iştirak edilməsi;
- Aşkarlanmış sistem və qayda boşluqlarının qeydə alınaraq qrup rəhbərinə təqdim olunması.
Tələblər
- Ali təhsil
- Müvafiq sahə üzrə iş təcrübəsi – 1 il (kreditor vəzifəsində təcrübə arzu olunandır)
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır
- Microsoft Office, 1C, Mikro ERP
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.