Təsvir
- Kredit imtinalarının səbəb strukturunun mütəmadi təhlili, tendensiyaların və kənarlaşmaların müəyyən edilməsi;
- İmtina səbəbləri siyahısının idarə edilməsi: mövcud səbəblərin aktuallığının və düzgünlüyünün yoxlanılması,yeni səbəblərin əlavə edilməsi və qüvvədən düşmüş səbəblərin deaktiv edilməsinin təşkil olunması;
- Kredit şərtlərinin təkmilləşdirilməsi üzrə əsaslandırılmış təkliflərin hazırlanması və Direktor müavininə təqdim olunması;
- İmtina qərarlarının keyfiyyətinə nəzarət sisteminin qurulması və idarə olunması (təkrar yoxlama, zəng yazılarının seçmə yoxlanışı, imtina–satış uyğunlaşdırması);
- Səlahiyyəti çərçivəsində imtina qərarlarına yenidən baxılması və müvafiq qərarın verilməsi;
- Kreditorlar üzrə fərdi göstəricilərin izlənməsi və aşağı nəticə göstərən əməkdaşlarla iş planının müəyyən
edilməsi;
- Kreditorların attestasiya proqramının məzmununun hazırlanması və keçirilməsində iştirak edilməsi;
- Mağaza rəhbərlərindən və digər şöbələrdən daxil olan müraciətlərin araşdırılması və cavablandırılması;
- Qrupun gündəlik işinin təşkili, tapşırıqların bölüşdürülməsi və icra keyfiyyətinə nəzarət olunması;
- Həftəlik və aylıq hesabatların hazırlanaraq Direktor müavininə təqdim olunması;
- Satışda yaranmış xətaların və yeni hesabat tələblərinin İT bölməsi ilə əlaqələndirilməsi və nəticələrin qəbul olunması.
Tələblər
- Ali təhsil (iqtisadiyyat, maliyyə, statistika və ya oxşar sahə);
- Kredit, risk, analitika və ya əməliyyat idarəetməsi sahəsində 1 il iş təcrübəsi;
- Azərbaycan dilini səlis bilməli, rus və ya ingilis dilini bilməsi arzu olunandır;
- Microsoft Office (yüksək səviyyədə Excel) GNİ ,Mikro ERP
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.