Təsvir
- Brendin hədəf auditoriyasına uyğun mikro, makro və mega influencerlərin araşdırılması və siyahıya alınması;
- Sosial media platformalarında (Instagram, TikTok, YouTube və s.) trendlərin izlənməsi və yeni simaların müəyyənləşdirilməsi;
- Influencerlərlə ilkin əlaqənin qurulması, əməkdaşlıq şərtlərinin təqdim olunması və razılaşdırılması;
- Davamlı və peşəkar münasibətlərin qurulması, uzunmüddətli əməkdaşlıqların təşviqi;
- Influencerlərin paylaşdığı məzmunların brendin imicinə və mesajına uyğunluğunun yoxlanılması;
- Əlaqədar qaydaların və reklam etikası prinsiplərinin qorunmasına nəzarət edilməsi;
- Brend kampaniyalarına uyğun olaraq influencerlərlə strategiyanın hazırlanması;
- Məzmun planının hazırlanması və təsdiqi (vizual və tekst);
- Kampaniyanın icrasına nəzarət edilməsi və keyfiyyətə zəmanət verilməsi;
- Kampaniya sonrası statistik məlumatların toplanması (reach, engagement, view, klik sayı, satışa təsir və s.);
- Effektivlik analizləri və ROI hesabatlarının hazırlanması;
- Büdcənin planlaşdırılması və idarə edilməsi;
- Influencer əməkdaşlıqları üçün ayrılmış büdcənin səmərəli idarə olunması;
- Ödəniş müqavilələrinin hazırlanması və icrasına nəzarət edilməsi;
- Daxili marketinq komandası, kreativ komanda və ya müştəri ilə koordinasiyalı şəkildə işləməsi.
Tələblər
- Ali təhsil (Marketinq, PR, Jurnalistika, Biznesin idarə olunması və ya əlaqəli sahələr üzrə);
- Influencer marketinq sahəsində 1–3 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı, ingilis və rus dili biliyi arzuolunandır;
- Instagram, TikTok, YouTube və digər sosial media platformaları, onların alqoritmləri və trendləri üzrə yaxşı bilik;
- Influencerlərin araşdırılması, seçilməsi və müxtəlif influencerlərlə paralel işləmə bacarığı;
- Influencerlərlə və brendlərlə etik, peşəkar ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Kontent planlaşdırma, sosial media strategiyası və brend tonuna uyğun ssenari hazırlama üzrə baza biliklər;
- Influencer kontentinin çəkiliş prosesinin koordinasiyası və nəzarəti;
- Brif və e-mail hazırlamaq, yazılı və şifahi kommunikasiya bacarığı;
- Google Sheets/Excel, Outlook və Meta Business Suite proqramlarından istifadə bacarığı;
- Analitik düşüncə, rəqəmlərlə işləmə, kampaniya nəticələrini ölçmə və hesabat hazırlama bacarığı;
- Layihələrin və tapşırıqların sistemli idarə edilməsi, vaxtın planlaşdırılması və prioritetləşdirilməsi bacarığı;
- Yüksək vizual zövq, kontent estetikası və detallara diqqət;
- Kreativ və innovativ düşüncə, təşəbbüskarlıq və sosial trendləri tez mənimsəmə bacarığı;
- Müstəqil işləmə və komanda ilə koordinasiyalı əməkdaşlıq bacarığı;
- Nəticəyönümlü yanaşma, məsuliyyətlilik və stressə davamlılıq;
- Dəyişkən qrafikə, qısa müddətli tapşırıqlara və eyni anda bir neçə layihənin idarə edilməsinə uyğunlaşma bacarığı;
- Digital Marketing və ya Social Media üzrə əlavə sertifikatların olması üstünlükdür.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.