Kontakt Home Kontakt Home
  • 312
Kontakt Home

Kontakt Home

Specialty Retail

İşə qəbul və talantların idarə edilməsi üzrə mütəxəssis

İşə qəbul və talantların idarə edilməsi üzrə mütəxəssis

  • Deadline 21 July 2025

Vəzifə öhdəlikləri:

  • Şirkətin brendinin tanıdılması və İR tədbirlərində şirkətin təmsil edilməsi. Əmək yarmarkalarında, universitet karyera günlərində, konfranslarda və digər İR tədbirlərində iştirak edərək şirkətin təmsil edilməsi;
  • Mövcud vakansiyaların təhlil edilməsi, vakant vəzifələrə elan materialının hazırlanması, şirkətdaxili və şirkətxarici vakansiyaların bütün mümkün kanallarda yerləşdirilməsinin təmin edilməsi;
  • Daxil olan CV müraciətlərinin vəzifə tələbləri üzrə əvvəlcədən yoxlanılması və potensial namizədlərin siyahıya alınması;
  • İşçinin qəbul prosesini düzgün idarə edərək, yeni işçi barədə bütün məsul funksiyaların vaxtında məlumatlandırılması;
  • İşə qəbul fəaliyyəti və digər göstəricilər üzrə vaxtaşırı dəqiq hesabatların hazırlanması;
  • İşə götürmə agentlikləri ilə tərəfdaşlığın qurulması;
  • İşə qəbul prosesinin gedişatı ilə bağlı struktur rəhbərlərinin məlumatlandırılması;
  • Şirkətin namizəd bazasının yenilənməsi və genişləndirilməsi.

Tələblər:

  • Ali təhsil (İnsan Resursları üzrə bakalavr və ya magistr dərəcəsinin olması üstünlükdür);
  • İR sahəsində təhsil, təlim və beynəlxalq dərəcəli sertifikatlar arzu olunandır;
  • Səlis Azərbaycan və Rus dili biliyi, İngilis dili biliyi üstünlükdür;
  • MS Ofis programlarında yüksək səviyyədə işləmə bacarığı (Excel, Word, Outlook);
  • Güclü ünsiyyət bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Nəticə yönümlülük.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Qeyd olunan tələblərə uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily26
  • Weekly697
  • Monthly1776