IT dəstək üzrə mühəndis

  • Истекает 14 октябрь 2024

Kontakt Home “Kontakt Mobile” olaraq 2006-cı ildə mobil telefon, aksessuar və mobil nömrələrin satışını həyata keçirən ilk kiçik mağaza ilə fəaliyyətə başlayıb. 2013-cü ildə geniş elektronika və məişət texnikası kateqoriyalarının sırasına mebel kateqoriyası da əlavə olunub. Həmin ildən etibarən yerli və xarici brendlərin, həmçinin öz fabrikimizin istehsal etdiyi mebellər də mağazalarımızda satışa çıxarılmış, bununla da “Home” konsepti tamamlanmışdır.

15 ildən artıqdır ki, güclü nüfuzumuzun əsasını təşkil edən dürüst xidmət və “ən yaxşı” olmaq məqsədi ilə irəliləməkdəyik. 

Kontakt Home hazırda nəinki Azərbaycanın, hətta Qafqaz regionunun ən böyük elektronika və mebel şəbəkələrindən biri olaraq sevindirməyə davam edir. “Kontakt – Sevindirir” ifadəsini də məhz bunun üçün özümüzə sloqan olaraq seçmişik.

Komanda üzvlərimiz arasından mükəmməlliyi və parlaqlığı seçərək  kayera yüksəlişini təmin etməyimiz daim qürurlandığımız cəhətimizdir.  Böyük komandamıza qoşulmaq istəyənlər üçün isə sağlam və pozitiv korporativ mühit, qarşılıqlı etibar, güclü və zəngin iş təcrübəsi vəd edirik!

Vakansiya: IT dəstək üzrə mühəndis

Vəzifə öhdəlikləri:

  • Daxil olan sorğuların vaxtında və düzgün həll edilməsinin təmin olunması;
  • İstifadəçi komputerlərində və İT avadanlıqlarında baş vermiş problemlərin müəyyən edilib, dərhal aradan qaldırılması və fasiləsiz işin təmin edilməsi;
  • Yeni işçilərə iş mühitinin yaradılması üçün lazımı işlərin görülməsi;
  • Əməliyyat sistemlərinin və istifadəçi məlumatlarının ehtiyat nüsxələrinin çıxarılması və lazım gəldikdə bərpa olunması;
  • Sistem səhvlərinin diagnostikasının aparılması və aşkar olunmuş səhvliklərin aradan qaldırılması;
  • İstifadəçilərin korporativ domain şəbəkəsinə qoşulması, İp telefonların konfigurasiya edilməsi, elektron poçtun istifadəçi komputerlərində ayarlanması, printer/ scanner tipli qurğuların əlavə olunması və s. kimi buna bənzər işlərin görülməsi;
  • Lazim gəldikdə masa üstü komputer və notebook kimi avadanlıqların detallarının yenilənməsi.

Tələblər:

  • Ali təhsil (İT sahəsi üzrə təhsil arzuolunandır);
  • İT sahəsində azı 3 il iş təcrübə;
  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Detallara və nəticəyə yönümlü olmaq;
  • Komandada işləmək və ünsiyyət bacarıqları;
  • Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı (rus və ingilis dili biliyi üstünlükdür);
  • Windows Client /macOS əməliyyat sistemləri üzrə dərin biliklərin olması;
  • Active Directory, Group Policy, Microsoft Exchange üzrə baza biliklərinin olması;
  • TCP/IP, DNS, DHCP,LAN, VLAN, WLAN və VPN kimi protoklarların işləmə prinsiplərini anamalı;
  • Müxtəlif növ Backup program təminatları ilə iş təcrübəsinin olması (Acronis, Veeam, Norton və s.);
  • AP, Router, Network Printer, Scanner və s. kimi avadanlıqların sazlanması.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər: https://qlor.me/m11napm5fj Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily153
  • Weekly670
  • Monthly2514