Vəzifə öhdəlikləri:
- Atlassian platformalarının (Jira Core, Software, Service Manageent, Portfolio, Confluence, BitBucket) tam konfiqurasiyası və idarə olunması, layihələrin həyata keçirilməsi, sistemin yüksək performansla işləməsinin təmin edilməsi;
- Şirkətin proseslərinə uyğun iş axınlarının (workflows) yaradılması, dəyişdirilməsi və avtomatlaşdırılması;
- İstifadəçi davranışları və sistemin fəaliyyəti haqqında hesabatlar hazırlamaq, analitik məlumatlar əsasında qərarların qəbul edilməsi;
- Pluginlərin quraşdırılması, idarə edilməsi və yeni inteqrasiya həllərinin hazırlanması;
- İstifadəçilərə Jira sistemindən effektiv istifadə üçün texniki dəstək verilməsi və təlimlərin təşkil edilməsi;
- İstifadəçi icazələrinin düzgün şəkildə verilməsi, rol və icazələrin idarə edilməsi, təhlükəsizlik tədbirlərinin görülməsi;
- Sistemin fəaliyyəti və istifadəçi davranışlarının monitorinqi, analiz edilməsi və müvafiq hesabatların hazırlanması;
- Sistemdə yaranan problemlərin tez və effektiv həlli, Jira-nın yenilənmələrinin və yeni funksionallıqların tətbiqi.
Tələblər:
- İnformasiya Texnologiyaları, Kompüter Mühəndisliyi və ya əlaqəli sahələr üzrə ali təhsil üstünlükdür;
- Jira administrator vəzifəsində minimum 2 illik təcrübə;
- Jira Software, Jira Service Management, Bitbucket, Confluence və digər Atlassian məhsulları üzrə dərin biliklər;
- JQL (Jira Query Language), Groovy, Python və ya digər skript dillərində təcrübə;
- Jira-nın digər sistemlərlə (CI/CD alətləri, Git, Jenkins və s.) inteqrasiyası üzrə təcrübə;
- ITIL prinsiplərini dərindən bilmək və tətbiq etmək, xidmət idarəetmə proseslərinin optimallaşdırılması bacarığı;
- Jira və digər alətlərin performansını optimallaşdırmaq, sistemin davamlı izlənməsi və təkmilləşdirmə işlərinin aparılması.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.