Korporativ hüquqşünas (aparıcı mütəxəssis)

  • Истекает 2 октябрь 2024

Kontakt Home “Kontakt Mobile” olaraq 2006-cı ildə mobil telefon, aksessuar və mobil nömrələrin satışını həyata keçirən ilk kiçik mağaza ilə fəaliyyətə başlayıb. 2013-cü ildə geniş elektronika və məişət texnikası kateqoriyalarının sırasına mebel kateqoriyası da əlavə olunub. Həmin ildən etibarən yerli və xarici brendlərin, həmçinin öz fabrikimizin istehsal etdiyi mebellər də mağazalarımızda satışa çıxarılmış, bununla da “Home” konsepti tamamlanmışdır.

15 ildən artıqdır ki, güclü nüfuzumuzun əsasını təşkil edən dürüst xidmət və “ən yaxşı” olmaq məqsədi ilə irəliləməkdəyik. 

Kontakt Home hazırda nəinki Azərbaycanın, hətta Qafqaz regionunun ən böyük elektronika və mebel şəbəkələrindən biri olaraq sevindirməyə davam edir. “Kontakt – Sevindirir” ifadəsini də məhz bunun üçün özümüzə sloqan olaraq seçmişik.

Komanda üzvlərimiz arasından mükəmməlliyi və parlaqlığı seçərək  kayera yüksəlişini təmin etməyimiz daim qürurlandığımız cəhətimizdir.  Böyük komandamıza qoşulmaq istəyənlər üçün isə sağlam və pozitiv korporativ mühit, qarşılıqlı etibar, güclü və zəngin iş təcrübəsi vəd edirik!

Vakansiya: Cinayət hüququ üzrə mütəxəssis / aparıcı mütəxəssis

Vəzifə öhdəlikləri:

  • İnzibati xəta və cinayət hadisələri nəticəsində şirkətə dəymiş zərərin ödənilməsi və əməli törətmiş şəxs(lər)in müəyyən edilməsi istiqamətində işlərin görülməsi, aidiyyəti hüquq mühafizə orqanlarına və məhkəmələrə müraciətlərin edilməsi, belə müraciətlərin icrasının təqib edilməsi;
  • Hüquq mühafizə orqanları ilə sıx prosessual əməkdaşlığın qurulması;
  • Zəruri sübutlatın toplanması və aidiyyəti üzrə təqdim edilməsi;
  • Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan inzibati hüquq xarakterli məsələlərin qanunvercilik çərçivəsində həll edilməsinə dəstək verilməsi;
  • Aidiyyəti məsələlərə dair hüquqi rəylərin hazırlanması;
  • Vəzifə öhdəliklərinə aid olan digər vəzifələrin icra edilməsi.

Tələblər:

  • Ali hüquq təhsili (bakalavr);
  • Səlis Azərbaycan dili biliyi, xarici (rus və ya ingilis) dil biliyi üstünlükdür;
  • Cinayət hüqüqu sahəsində minimum 3 il iş təcrübəsi;
  • İnzibati xəta və cinayət hüququ sahəsində dərin nəzəri və praktiki biliklər;
  • Məsuliyyətlilik, ünsiyyətçilik, inkişafa meyillilik, təşəbbüskarlılıq.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily153
  • Weekly670
  • Monthly2514