Kontakt Home Kontakt Home
  • 596
Kontakt Home

Kontakt Home

Specialty Retail

Korporativ satış üzrə mütəxəssis

  • Deadline 12 July 2025

Təsvir

  • Müştərilərlə daimi və effektiv əlaqənin qurulması, onların ehtiyac və gözləntilərinin təhlil olunaraq uyğun həllərinin təklif edilməsi;
  • Müştəri tələblərinə əsasən təklif paketlərinin hazırlanması və alternativ məhsul ceşidlərinin təqdimatı;
  • Müştəri məmuniyyəti ilə bağlı araşdırmaların aparılması və məmuniyyətin qorunmasını təmin edilməsi üçün işlərin görülməsi;
  • Ödəmələrin izlənilməsi, gecikən ödənişlər üzrə müştərilərə məlumatın verilməsi və ödənişlərin yığılması;
  • Sifarişlərin çatdırılması prosesinin nəzarətdə saxlanılması;
  • Dövrü hesabatların hazırlanıb struktur rəhbərinə təqdim edilməsi;
  • Korporativ satışla bağlı sənədləşmə işlərinin aparılması və arxivləşdirilməsi üçün sənədləşmə üzrə inzibatçıya dəstək verilməsi;
  • Satış və satışdan sonrakı prosesin tam izlənilməsi;
  • Tender və kotirovka prosesləri barədə məlumatlı olmaq və bu sahədə işləmək bacarığına malik olmaq üstünlük hesab olunur;
  • Bazar araşdırması;
  • Şirkətin strateji hədəflərinə uyğun şəkildə yeni müştərilərin qazanılması və onların uzun müddətli tərafdaşlara çevrilməsi istiqamətində işlərin aparılması;
  • B2B seqmentində potensial müştərilərin müəyyən edilməsi və cəlb olunması (soyuq zənglər, görüşlərin təşkili və s).

Tələblər

  • Ali Təhsil
  • Azərbaycan dili bili səlis, rus dili arzuolunandır;
  • Satış üzrə minimum 2 il iş təcrübəsi;
  • Portfoliosu olması üstünlükdür;
  • Tenderlərdə iştirak qaydalarını bilmək;
  • Şifahi və yazılı ünsiyyət qurmaq, işgüzar danışıqların aparılması və təqdimat etmək bacarıqları;
  • Məsuliyyətli və stresə davamlı olmaq;
  • Microsoft Office proqramlarını yaxşı bilmək;
  • Komandada işləmək bacarığı.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00;
  • Əmək haqqı: 1000-1500 Azn

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily26
  • Weekly697
  • Monthly1776