Təsvir
- Ünvana yerində baxış keçirilməsi və sahə ölçülərin dəqiq götürülməsi ;
- Müştərinin tələblərinin və istəklərinin öyrənilməsi, onlara uyğun optimal həllərin hazırlanması;
- Müştəriyə interyerə uyğun dizayn, rəng və material həllərinin təklif edilməsi;
- Ünvanda ilkin eskizin çəkilməsi və müştəri ilə razılaşdırılması;
- Layihə qiymətinin hesablanması;
- İstehsalat, dizayn və montaj komandaları ilə koordinasiyalı işləmək;
- Müştəriyə məhsulun təhvil verilmə prosesinin icrası;
- Vaxtın düzgün idarə edilməsi və prioritetlərin müəyyən olunması;
- Birbaşa və ümumi rəhbərin tapşırdığı vəzifəyə aid olan digər işlər.
Tələblər
- Autocad proqramında (2D və 3D) yüksək səviyyədə işləmə bacarığı;
- Adeko proqramında işləmə bacarığı;
- Mebel dizaynı sahəsində minimum 3 il təcrübə;
- Texniki çertyoj və eskizlərlə işləmə bacarığı;
- Komanda ilə işləmə və ünsiyyət bacarığı;
- Sürətli və keyfiyyətli işləmək bacarığı;
- Microsoft Office (Word, Excel, PowerPoint və Outlook) proqramlarında işləmə bacarığı;
- Azərbaycan və rus dillərində ünsiyyət bacarığı;
- Şəxsi minik vasitəsi;
- Ehtiyac olduqda ezamiyyə olunmaq imkanının olması.
Arzu olunan:
- İngilis dili biliyi üstünlükdür;
- 3DsMAX biliyi üstünlükdür;
- Dizayn və texniki innovasiyalara maraq.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.