Marketinq üzrə menecer

  • Deadline 2 Oktyabr 2024

Kontakt Home “Kontakt Mobile” olaraq 2006-cı ildə mobil telefon, aksessuar və mobil nömrələrin satışını həyata keçirən ilk kiçik mağaza ilə fəaliyyətə başlayıb. 2013-cü ildə geniş elektronika və məişət texnikası kateqoriyalarının sırasına mebel kateqoriyası da əlavə olunub. Həmin ildən etibarən yerli və xarici brendlərin, həmçinin öz fabrikimizin istehsal etdiyi mebellər də mağazalarımızda satışa çıxarılmış, bununla da “Home” konsepti tamamlanmışdır. 15 ildən artıqdır ki, güclü nüfuzumuzun əsasını təşkil edən dürüst xidmət və “ən yaxşı” olmaq məqsədi ilə irəliləməkdəyik. Kontakt Home hazırda 34 filial və 1 onlayn mağaza ilə nəinki Azərbaycanın, hətta Qafqaz regionunun ən böyük elektronika və mebel şəbəkələrindən biri olaraq sevindirməyə davam edir. “Kontakt – Sevindirir” ifadəsini də məhz bunun üçün özümüzə sloqan olaraq seçmişik. Komanda üzvlərimiz arasından mükəmməlliyi və parlaqlığı seçərək  kayera yüksəlişini təmin etməyimiz daim qürurlandığımız cəhətimizdir.  Böyük komandamıza qoşulmaq istəyənlər üçün isə sağlam və pozitiv korporativ mühit, qarşılıqlı etibar, güclü və zəngin iş təcrübəsi vəd edirik!

Vəzifə öhdəlikləri:

  • Brend təqdimatlarından, yeniliklərdən və məhsul funksionalından xəbərdar olması;
  • Bazar tələbatının, rəqiblərin aktivliklərinin öyrənilməsi;
  • Məhsulun hədəf kütləsinə uyğun reklam kampaniyalarının hazırlanması;
  • Reklam kampaniyalarının effektivliyinin ölçülməsi;
  • Partnyorlarla iş, ortaq layihələrin idarəsi;
  • Seqment üzrə analizlərin aparılması;
  • Məhsulların tanıtım, təqdimat kampaniyalarının təşkili.

Tələblər:

  • Ali təhsil;
  • Elektronika sahəsi üzrə (əsas çeşidlər, məhsul markaları, istehsalçılar və təchizatçılar) biliklər;
  • Müvafiq sahə üzrə iş təcrübəsi – 1 ildən;
  • Səlis Azərbaycan və Rus dili bilikləri, yaxşı səviyyədə İngilis dili biliyi;
  • Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
  • Analitik düşünmə qabiliyyəti;
  • Nəticə yönümlülük.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00;
  • Rəqabət qabiliyyətli əmək haqqı.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily153
  • Weekly670
  • Monthly2514