Vəzifə öhdəlikləri:
- Problemli Ödənişlər Bölməsindən və əlaqəli digər struktur bölmələrindən daxil olan müraciətlərin qəbul edilməsi, araşdırılması və cavablandırılması;
- Problemli Kreditlər Bölməsindən daxil olan müraciətlərin operativ şəkildə icra olunması və cavablandırılması;
- Bölmənin gündəlik, həftəlik və aylıq fəaliyyət hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Servis və Outlet bölmələri üzrə aidiyyəti sənədlərin düzgün ünvanlanmasının və ötürülməsinin təmin edilməsi;
- Müxtəlif bölmələrdən daxil olan müraciətlər əsasında gecikməsi olan müştərilərə bildiriş məktublarının hazırlanması və göndərilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi.
Tələblər:
- Ali təhsil;
- Kredit məhsulları, gecikmə, restrukturizasiya və problemli borcların idarə edilməsi üzrə ümumi anlayış;
- Daxil olan müraciətlərin düzgün təhlil edilməsi və prioritetləşdirilməsi bacarığı;
- Hesabatların hazırlanması üçün yaxşı səviyyədə Excel və MS Office bilikləri;
- Yazılı və şifahi ünsiyyət bacarıqlarının yüksək olması (müştərilər və daxili bölmələrlə düzgün kommunikasiya üçün);
- Məsuliyyətlilik, diqqətlilik və məxfi məlumatlarla işləmə bacarığı;
- Stressə davamlılıq və konfliktli situasiyalarda peşəkar davranış;
- Azərbaycan dilində səlis yazı və danışıq bacarığı, rus və ingilis dili biliyi arzuolunandır.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Vakansiya haqqında:
- Vakansiya növü Tam ştat
- Təcrübə 1-2 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr
- Əmək haqqı 750 - 850 AZN
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.