Təsvir
- Müştərilərə məhsul və xidmətlər haqqında ətraflı məlumatın təqdim edilməsi;
- Məhsulların üstünlüklərinin izah olunaraq müştərilərdə marağın yaradılması;
- Kampaniya, aksiya və endirimlər barədə müştərilərin məlumatlandırılması;
- Günlük fəaliyyət və nəticələr üzrə hesabatların təqdim edilməsi;
- 1C və kassada satış əməliyyatlarının həyata keçirilməsi;
- Sifarişlərin düzgün qəbul edilməsi və qeydiyyata alınması;
- Linzaların növləri (indeks, örtüklər və s.) barədə müştərini məlumatlandırılması;
- Müştəriyə əlavə məhsullar (linza, örtüklər, aksessuarlar) təklif edilməsi;
- Sifarişlərin vaxtında icrasına nəzarət edilməsi;
- Hazır məhsulu müştəriyə təqdim edilməsi;
- Vitrinlərin səliqəli və cəlbedici saxlanılması;
- Məhsulların düzgün yerləşdirilməsi.
Tələblər
- Orta təhsil (ali təhsil arzuolunandır);
- Azərbaycan dilində səlis danışıq bacarığı, rus dili biliyi üstünlükdür;
- Satış məsləhətçisi və ya promouter kimi iş təcrübəsi;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmaq;
- Satış bacarıqlarının olması üstünlükdür.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.