Təsvir
- Satınalma fəaliyyətinin həyata keçirilməsi, sifarişlərin icra edilməsi, kargüzarlıq və inzibatçılıq işlərinin görülməsi;
- Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
- Ən uyğun təchizatçı və tədarükçülərin seçilməsi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
- Təchizatla bağlı müqavilələrin hazırlanması və icrasına nəzarət edilməsi;
- Alınmış məhsul və ya xidmət üzrə keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
- Aylıq hesabatların hazırlanması və təhlil edilməsi.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00
Tələblər
- Ali təhsil;
- Azərbaycan dili – səlis, rus dili biliyi – arzuolunandır;
- Microsoft Office proqramlarında işləmək bacarığı (Word, Excel, Outlook);
- Müvafiq sahə üzrə 1 ilə qədər iş təcrübəsi;
- Satınalma sahəsi üzrə əsas hüquqi biliklər;
- Komanda ilə işləmək bacarığı;
- Məsuliyyətlilik, dürüstlük və güclü ünsiyyət bacarığı.
Vakansiya növü - Tam ştat
Əmək haqqı - 800 AZN
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.