Satış layihələri üzrə menecer

  • Истекает 18 октябрь 2024

Kontakt Home “Kontakt Mobile” olaraq 2006-cı ildə mobil telefon, aksessuar və mobil nömrələrin satışını həyata keçirən ilk kiçik mağaza ilə fəaliyyətə başlayıb. 2013-cü ildə geniş elektronika və məişət texnikası kateqoriyalarının sırasına mebel kateqoriyası da əlavə olunub. Həmin ildən etibarən yerli və xarici brendlərin, həmçinin öz fabrikimizin istehsal etdiyi mebellər də mağazalarımızda satışa çıxarılmış, bununla da “Home” konsepti tamamlanmışdır.

15 ildən artıqdır ki, güclü nüfuzumuzun əsasını təşkil edən dürüst xidmət və “ən yaxşı” olmaq məqsədi ilə irəliləməkdəyik. 

Kontakt Home hazırda nəinki Azərbaycanın, hətta Qafqaz regionunun ən böyük elektronika və mebel şəbəkələrindən biri olaraq sevindirməyə davam edir. “Kontakt – Sevindirir” ifadəsini də məhz bunun üçün özümüzə sloqan olaraq seçmişik.

Komanda üzvlərimiz arasından mükəmməlliyi və parlaqlığı seçərək  kayera yüksəlişini təmin etməyimiz daim qürurlandığımız cəhətimizdir.  Böyük komandamıza qoşulmaq istəyənlər üçün isə sağlam və pozitiv korporativ mühit, qarşılıqlı etibar, güclü və zəngin iş təcrübəsi vəd edirik!

Vakansiya: Satış layihələri üzrə menecer

Vəzifə öhdəlikləri:

  • Mağaza planlarını təqdim edilməsi;
  • Mağaza planları təsdiq edildikdən sonra təmir tikintiyə ötürülməsi;
  • Təmir tikintinin təyin etdiyi vaxta uyğun gedişata nəzarət edilməsi;
  • Təmir tikinti bitdikdən sonra mağaza daxili və xaricinin tam hazır olmasına nəzarət edilməsi;
  • Təmirdən öncə yerləşmə planına uyğun məhsulların sifarişi və təmirdən sonra mağazanın təmin edilməsi;
  • Təmirdən öncə interyerə uyğun lazımi məhsulların sifarişi və təmirdən sonra mağazanın təmin edilməsi;
  • Plana uyğun vitrin mebellərinin sifarişi və təmirdən sonra mağazanın vitrinlər ilə təmin edilməsi;
  • Təmirdən öncə İT departamentinə məxsus işlərin ötürülməsi və mağaza açılışına qədər təmin edilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dili səlis, rus dili arzu olunandır;
  • MS office proqramlarından istifadə bacarığı;
  • Analitik düşünmə bacarığı;
  • Komanda ilə işləmə və yaxşı ünsiyyət bacarığı.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər: https://qlor.me/m17cxsg4qs

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily153
  • Weekly670
  • Monthly2514