Vəzifə öhdəlikləri:
- Satışlarla bağlı məlumatların toplanması (satış rəqəmləri, müştəri davranışı, regionlar üzrə satış məlumatları və s.) və bu məlumatların analiz edilməsi;
- Satışın təhlili və hesabatlarının hazırlanması;
- Aylıq, rüblük, illik satış planlarının tərtib edilməsi;
- Satışlarda mövsümi dalğalanmaların izlənməsi və satışı yüksək olan məhsulların aşkar olunması;
- Keçmiş məlumatları analiz edərək gələcək satışların proqnozlaşdırılması;
- Satış planlarının yerinə yetirilməsində monitorinqlərin aparılması;
- Potensial satış risklərinin təhlil edilməsi və onların qarşısını almaq üçün tədbirlərin planlaşdırılması;
- Müxtəlif kateqoriyalı məhsullar üçün istehlakçı tələbinin proqnozlaşdırılması, orta çek məbləğinin ölçülməsi;
- Konversiya qiymətləndirilməsi, satışda artımın təmin edilməsini göstərən ən effektiv ünsiyyət kanallarının müəyyən edilməsi;
- Bazar analizləri, satış məlumatları və trendləri təhlil edərək, ən uyğun strategiyaların təklif edilməsi.
Tələblər:
- Ali təhsil;
- Səlis Azərbaycan dili bilir, Rus dili biliyi arzu olunandır;
- Satışın təhlili sahəndə minimum 4-5 il iş təcrübəsi;
- Yüksək səviyyədə Excel biliyi, Power BI, və Power Query proqramlarından istifadə bacarığı;
- Müxtəlif statistik metodlar və modellərdən istifadə edərək proqnozlaşdırma təhlilləri aparmaq bacarığı;
- Şirkətin satış strategiyasını inkişaf etdirmək və optimallaşdırmaq üçün güclü strateji düşüncə qabiliyyəti;
- Komanda ilə işləmə və effektiv ünsiyyət qurma bacarığı.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.