Vəzifə öhdəlikləri:
- Sosial şəbəkələrdə rəsmi səhifəyə gələn müraciətlərin (şərh və mesajlar) cavablandırılması;
- Müştəri məmnuniyyətinin təmin edilməsi;
- Satış yönümlü yazışmaların aparılması;
- Daxil olan müraciətlərin qrammatik yazı qaydalarına uyğun cavablandırılması;
- Sosial mediada şirkət haqda rəylərin monitorinq edilməsi.
Tələblər:
- Ali təhsil;
- SMM üzrə iş təcrübəsi arzu olunandır;
- Səlis Azərbaycan və Rus dili biliyi (şifahi və yazılı);
- Punktuallıq və pozitivlik;
- Stresə dözümlülük.
İş şəraiti:
- İş günləri: I-VI günlər;
- İş saatı: 09:00-18:00 / 13:00-22:00 (növbəli).
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.