Təsvir
- Qlobal trendlərin monitorinqi və biznes tələblərinin analizi;
- Həllərin təklifi: Toplanan biznes problemlərinə uyğun gələn ən effektiv AI alətlərini və avtomatlaşdırma ssenarilərini araşdırıb, komandaya təklif etmək;
- Alət müqayisəsi və analitika: Eyni funksiyalı AI platformalarını müqayisə edərək onların üstün və zəif cəhətlərini göstərən detallı analitik cədvəllər hazırlamaq.
- Məlumatların mərkəzləşdirilməsi: AI çatbotlarının effektiv işləməsi üçün şirkət daxilindəki dağınıq sənədləri, excel cədvəlləri və prosedurlarının toplanmasına, təmizləyərək vahid "bilik bazası" (knowledge base) formalaşdırılmasına dəstək.
- No-code prototip və testlər;
- Biznes proseslərinin xəritələnməsi, hesabatlılıq və təqdimat;
- Daxili təlim və adaptasiya: Tətbiq edilən yeni AI alətlərinin şirkət əməkdaşları tərəfindən mənimsənilməsi üçün istifadəçi təlimatları hazırlamaq və kiçik təlimlər (workshop) keçirmək.
Tələblər
- Ali təhsil arzuolunandır;
- İngilis dilində texniki materiallarla işləmə bacarığı (araşdırma məqsədli);
- Model növləri barədə baza biliklər (məs.: LLM, video AI, image AI, multimodal modellər, agent sistemləri);
- Prompt mühəndisliyi (müxtəlif tapşırıqlar üçün effektiv prompt yazma bacarığı);
- Araşdırma və müqayisə etmə bacarığı (AI alətlərinin test edilməsi, nəticələrin ölçülməsi, müqayisə cədvəllərinin hazırlanması);
- Avtomatlaşdırma ekosistemlərindən baza bilikləri arzuolunandır (n8n, Make, Zapier ilə iş axınlarının qurulmasına maraq);
- Eksperiment aparmaq bacarığı (prototip hazırlanması, test nəticələrinin sənədləşdirilməsi);
- AI yeniliklərinin izlənməsi (model buraxılışları, benchmarklar, changeloglar, roadmap oxuma bacarığı);
- Yeni texnologiyaları öyrənməyə yüksək motivasiya;
- Komanda ilə effektiv əməkdaşlıq və kommunikasiya;
- Vaxt idarəçiliyi və paralel tapşırıqlarla işləmə bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.