Vəzifə öhdəlikləri:
- Müştərilərlə zəng və çat vasitəsi ilə effektiv və sağlam ünsiyyət üsullarının həyata keçirilməsinə dair əməkdaşlar üçün təlim proqramlarının hazırlanması;
- Müştəriyə yüksək xidmət standartlarının təmin edilməsi məqsədilə məsafədən satış və xidmət göstərən heyətin təlimləndirilməsi;
- Ehtiyaclara əsasən fərdi inkişaf planlarının formalaşdırılması və ilboyu planların icrasının təmin edilməsi;
- Məsafədən xidmət xüsusiyyətləri, müştəri ilə ünsiyyət strategiyaları və etirazların idarə edilməsi haqqında təlimlərin keçirilməsi;
- Aktiv dinləmə bacarıqlarının öyrədilməsi və fərdi şəkildə əməkdaşlara mentorluq edilməsi;
- İntensiv təlim sessiyaları və parktiki simulyasiya vasitəsi ilə əməkdaşların bacarıqlarının artırılması;
- Təlim üçün tədris materiallarının və təqdimatların hazırlanması;
- Beynalxalq təlim materiallarının araşdırılması və tətbiq edilməsi;
- Təlim sonrası əməkdaşların performansının izlənilməsi və onların inkişafına dair rəy verilməsi;
- Təlim nəticələri, müəyyən edilmiş problemlər və tövsiyələr haqqında hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Səlis azərbaycan və rus dili biliyi, ingilis dili biliyi arzuolunandır;
- ERP, 1C və 3CX proqramları ilə işləmə bacarığı arzuolunandır;
- Müştəri məmnuniyyəti sahəsində sertifikatların olması üstünlükdür;
- Sərbəst ünsiyyət, aydın nitq və yüksək səviyyədə təlim vermə bacarığı;
- Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı;
- Komanda ilə işləmə bacarığı.
İş şəraiti:
- İş günləri: I-V günlər.
- İş saatı: 09:00-18:00.
- Rəqabət qabiliyyətli əmək haqqı
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.