Video layihələr üzrə kontent menecer

  • Истекает 12 сентябрь 2025

Öhdəliklər:

  • Videoçəkiliş layihələrinin kuratorluğu: çəkiliş prosesinə nəzarət, çəkiliş komandasının videoları vaxtında təhvil edilməsinə nəzarət, çəkiliş planının tərtib edilməsi, aktuallıq, yenilik və tələbat əsasında çəkilişlər üçün məhsulların seçilməsi;
  • Onlayn-mağaza kontentinin idarə edilməsi: məhsulların əlavə olunması, redaktəsi və silinməsi;
  • Məhsul kartlarının yaradılması və optimallaşdırılması: unikal təsvirlər, başlıqlar, xüsusiyyətlərin əlavə edilməsi;
  • Media kontenti ilə işləmə: şəkillərin, videoların və infoqrafikaların yüklənməsi;
  • SEO-optimallaşdırma: meta-teqlərlə (title, description, keywords) işləmə.

Tələblər:

  • Ali təhsil (üstünlük marketinq, jurnalistika, PR və ya media kommunikasiyaları sahəsində);
  • Kontent-menecer və ya video layihələr üzrə koordinator kimi iş təcrübəsi arzuolunandır;
  • Çəkiliş prosesinin təşkili və komanda idarəetmə bacarıqları;
  • Video istehsalı üzrə baza bilikləri (çəkiliş mərhələləri, montaj, post-prodakşn);
  • Məhsullara dair icmal mətnlərinin hazırlanması üçün mükəmməl yazı bacarığı;
  • Analitika ilə işləmək və məlumatlar əsasında kontent planı formalaşdırmaq bacarığı (aktuallıq, yenilik, məhsulların tələbat səviyyəsi);
  • Rus və Azərbaycan dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Yaxşı kommunikasiya bacarıqları, qısa müddətdə işləmək və eyni anda bir neçə layihəni idarə etmək qabiliyyəti;
  • Məsuliyyətlilik, detallara diqqət və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
  • Kompüterdə irəli səviyyədə istifadə bacarığı (MS Office, Google Docs); kontentin dərc olunması üçün CMS bilikləri (üstünlükdür);
  • Özünüidarə,çoxşahəli işlərdə işləmə və son tarixlərə riayət etmə bacarığı;
  • Diqqətlilik və məsuliyyət;
  • Komanda ilə işləmə bacarığı və ünsiyyətcillik;
  • Yeni alət və texnologiyaları öyrənməyə hazır olmaq.

Qeyd: vakansiya əvəzləmə xarakterlidir (təxmini 5-6 ay).

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily124
  • Weekly304
  • Monthly1029