İnşaat mühəndisi

  • Истекает 23 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifənin məqsədi:

  • Layihələrin sahədə icrasını texniki sənədlərə uyğun təşkil etmək, sifarişçi ilə operativ koordinasiya aparmaq, sahə komandasını idarə etmək, texniki ofisə düzgün və vaxtında məlumat/sənədləşmə təqdim etməklə layihənin vaxt və material planına uyğun irəliləməsini təmin etmək.

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş həftəsi
  • Əmək haqqı  2000–3000 AZN

Əsas vəzifə öhdəlikləri:

  • Sahədə Sifarişçi/Nəzarətçi ilə gündəlik koordinasiya, iclaslarda iştirak, razılaşdırılmış qərarların icrasına nəzarət
  • Şirkətin sahə işçiləri/briqadaların işinin təşkili, tapşırıqların bölgüsü və icraya nəzarət
  • Layihə sənədləri və çertyojlara əsasən işlərin icrasının yoxlanması; ölçülərin götürülməsi və görülmüş iş həcmlərinin təsdiqi
  • Layihənin vaxt qrafikinə uyğun icrasına nəzarət; gecikmə risklərini müəyyən edib tədbir planı hazırlamaq və rəhbərliyə təqdim etmək
  • Material planı və sərfiyyatı: material ehtiyacının planlanması üçün texniki ofisə məlumat ötürmək, sahədə materialların qəbul/yoxlanması, sərfiyyatın izlənməsi
  • Texniki ofisə operativ məlumat axını: gündəlik/həftəlik progress məlumatı, foto-hesabatlar, ölçü cədvəlləri və icra qeydləri
  • Sənədləşdirmə: iş jurnalları, icra aktları, yoxlama sənədləri, təhvil və “as-built” məlumatlarının toplanması və sistemləşdirilməsi
  • Keyfiyyət və təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarət (daxili prosedurlar/HSE ilə koordinasiya)

Namizədə tələblər (mütləq):

  • Ali təhsil: İnşaat mühəndisliyi (və ya uyğun sahə)
  • Dil bilikləri: İngilis dili və rus dili yaxşı səviyyədə olması arzu olunandır.
  • Minimum 3–4 il sahə təcrübəsi (tikinti icrası və komanda koordinasiyası)
  • AutoCAD bilikləri (mütləq)
  • Tikinti norma və standartları, iş ardıcıllığı və texnoloji proseslər üzrə güclü biliklər
  • Layihə sənədlərinin və texniki rəsmlərin dəqiq oxunması və düzgün şərh olunması bacarığı
  • Effektiv komanda idarəetməsi, yüksək məsuliyyət hissi və operativ qərarvermə bacarığı
  • Sifarişçi ilə yazılı/şifahi kommunikasiya və sahədə problem həll etmə bacarığı

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly371
  • Monthly2261